1,7 trilyon dollarlıq büdcə kəsiri
ABŞ federal hökumətinin büdcə kəsiri 2022-ci illə müqayisədə 23 faiz artaraq 2023-cü maliyyə ilində 1,7 trilyon dollara çatıb.ABŞ Maliyyə Nazirliyi sentyabr və 2023-cü maliyyə ili üçün büdcə balansı hesabatını dərc edib.
Marja xəbər verir ki, 1 oktyabr 2022-ci ildə başlayan və 30 sentyabr 2023-cü ildə sona çatan 2023 maliyyə ilinin son ayında (sentyabrda) federal hökumətin büdcə kəsiri 171 milyard dollar olaraq hesablanıb.
Federal hökumətin keçən ilin eyni ayında 430 milyard dollarlıq büdcə kəsiri var idi. Belə ki, sentyabrda büdcə kəsiri ötən ilin eyni ayı ilə müqayisədə 60 faiz azalıb.
Sentyabrda hökumətin gəlirləri əvvəlki ilin eyni ayına nisbətən 4,2 faiz azalaraq 467,5 milyard dollar, xərcləri isə 30,4 faiz azalaraq 638,5 milyard dollar olub.
Gəlirlər azalıb, federal borc üzrə faiz xərcləri artıb
ABŞ federal hökumətinin 2023-cü maliyyə ili üçün ümumi büdcə kəsiri 1,7 trilyon dollar təşkil edib. 2022-ci maliyyə ilində ölkənin büdcə kəsiri 1,4 trilyon dollar olaraq qeydə alınmışdı. Belə ki, 2023-cü maliyyə ilində büdcə kəsiri ötən illə müqayisədə 23 faiz artıb.
Büdcə kəsirinin artması, aşağı gəlir vergisi yığımları səbəbindən gəlirlərin azalması və faiz dərəcələrinin artması səbəbindən federal borcun faiz xərclərinin artması ilə əlaqədardır.
2023-cü maliyyə ilində federal hökumətin gəlirləri keçən illə müqayisədə 9,3 faiz azalaraq 4,4 trilyon dollara düşdüyü halda, eyni dövrdə xərcləri 2,2 faiz azalaraq 6,1 trilyon dollar olub.
Mövzu ilə bağlı açıqlamasında ABŞ-ın Maliyyə Naziri Janet Yellen qlobal mənfi proseslərə baxmayaraq ölkə iqtisadiyyatının dayanıqlılığını qoruduğunu və ABŞ-ın 2023-cü ildə tənəzzülə girəcəyi ilə bağlı gözləntilərin özünü doğrultmadığını bildirib.
ABŞ prezidenti Co Bayden administrasiyasının ölkə iqtisadiyyatının “sağlam və dayanıqlı inkişafa” keçidini istiqamətləndirməyə diqqətini davam etdirdiyini qeyd edən Yellen deyib: “Çətinliklərin öhdəsindən gəlməkdə qərarlıyıq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
2 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb


























