Azərbaycan şirkəti Moldovada beynəlxalq tenderin qalibi oldu
DATUM MMC beynəlxalq tenderin qalibi olub.Dünya Bankının Moldova Respublikasında həyata keçirdiyi “Torpaqların Qeydiyyatı və Əmlakın Qiymətləndirilməsi Layihəsi”nin “Texniki-Tikinti İnfrastruktur Obyektlərinin Dövlət Reyestri (ROİTE) İnformasiya Sistemi”nin təchizatı və quraşdırılması komponenti üzrə baş tumuş beynəlxalq tenderin qalibi Azərbaycanın güclü kadr potensialına malik DATUM Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur.
Artıq Moldovanın Dövlət Xidmətləri Agentliyi ilə DATUM MMC arasında müqavilə imzalanmış və ROİTE-nin texniki tapşırığında nəzərdə tutulmuş işlərin icrasına başlanılımışdır.
ROİTE Avtomatlaşdırılmış İnformasiya Sistemi Milli Coğrafi İnformasiya Sisteminin tərkib hissəsi olmaqla Moldova Respublikasının müvafiq qanunvericiliyinin, o cümlədən “Milli Məkan Məlumatları İnfrastrukturu haqqında” Qanunun və Moldova hökumətinin təsdiq etdiyi “Texniki və kommunal infrastruktur obyektlərinin reyestri - avtomatlaşdırılmış informasiya sisteminin konsepsiyası”nın tələblərinə uyğun olaraq yaradılacaqdır. Konsepsiyada nəzərdə tutulduğu kimi, ROİTE eyni zamanda texniki və kommunal infrastruktur obyektləri, texniki və kommunal infrastruktur obyektlərinin struktur elementləri, onlar üzərində mülkiyyət və digər əmlak hüquqları, texniki və kommunal obyektlərinin mühafizə zonaları, habelə mühafizə zonasına daxil olan torpaqlardan istifadəyə dair mövcud məhdudiyyətlər haqqında rəsmi məlumat mənbəyi olmaqla məlumatların toplanması, emalı, sistemləşdirilməsi, saxlanılması, istifadəsi və çatdırılması məqsədi ilə yaradılır.
Moldova qanunvericiliyində kommunal kadastr obyektləri kimi yollar, dəmir yolları, aerodromun və dəniz limanının ərazisində və akvatoriyasında yerləşən kommunal obyeklər, elektrik və təbii qaz şəbəkələri, içməli su təchizatı və tullantıların idarə olunması sistemləri, kanalizasiya, istilik enerjisi, işıqlandırma, işıqfor, elektrik nəqliyyat və elektron rabitə şəbəkələri, boru kəmərləri, neft məhsullarının saxlanması və satışı obyektləri, suvarma sistemləri, qurutma sistemləri və digər tikili və qurğular təsbit edilmişdir.
ROİTE informasiya sisteminin Moldova Respublikasında 2024-cü ilin sonuna qədər tətbiq ediləcəyi gözlənir. Milli qanunvericiliyin tələblərinə görə bundan sonra tikinti və bərpa-quraşdırma işləri aparılacaq ərazidə mövcud olan kommunal kadastr obyektləri barədə ROİTE-dən müvafiq arayış olmadan işlərin icrasına başlamaq, xüsusi ilə də qazıntı işləri aparmaq mümkün olmayacaqdır. Bu, tikinti və bərpa-quraşdırma işləri aparılarkən həmin ərazidə mövcud olan kommunal kadastr obyektlərinin zədələnməsinin və onlara ziyan vurulmasının qarşısını almaq, ümumi maliyyə xərclərinin azaldılmasını təmin etmək (qəzadan sonra əlavə bərpa xərcləri tələb olunur), xidmətlərin dayanıqlığını və keyfiyyətinin yüksəldilməsini təmin edilmək məqsədi ilə edilir. Belə kadastr və ya reyestrlər müxtəlif strukturlara və funksionallıqlara malik olsa da, demək olar ki, bütün inkişaf etmiş olkələrdə, o cümlədən Niderland, Belçika, Böyük Britaniaya, İsveçrə, ABŞ, Kanada və s. kimi ölkələrdə mövcuddur və istifadəçilər üçün bu və ya digər şəkildə əlçatan olan infrastruktura malikdir. Eyni zamanda Polşa, Litva, Belorusiya, Latviya, Xorvatiya, Serbiya, Makedoniya, Kosovo və s. kimi bütün keçmiş Şərq Bloku ölkələrində müxtəlif inkişaf mərhələlərində olsa da, bir növ aydın şəkildə müəyyən edilmiş kommunal xidmətlərin qeydiyyatı sistemləri var. Bundan başqa, Avropa İttifaqının INSPIRE direktivi bütün Aİ üzvləri və namizəd ölkələr üçün bu növ kommunal infrastrukturların yaradılmasını və saxlanmasını çox aydın şəkildə tövsiyə edir.
Azərbaycanda gələcəyə hesablanmış inkişaf istiqamətləri, beynəlxalq aləmə inteqrasiya səyləri, iqtidsadi dayanıqlıq, xidmətlərin əlçatanlığının dövlət səviyyəsində təmin edilməsi, elektronlaşdırma-rəqəmsallaşdırma siyasəti, tikinti işlərinin intensivliyi və bir çox digər amillər ölkəmizdə kommunal kadastr infrastrukturunun yaradılması sahəsində tezliklə mövcud qanunvericiliyin təkmilləşdirilməsini və ya yeni qanunların qəbul edilməsini və müvafiq informasiya sisteminin yaradılmasını qaçılmaz edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
7 saat əvvəl
Bu il Azərbaycana 1 milyon ədəddən çox smartfon idxal edilib
- 7 saat əvvəl
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib
- 11 saat əvvəl
-
11 saat əvvəl
Xarici ölkələrdə Azərbaycan vətəndaşlarına turizmlə bağlı 1,2 milyar dollarlıq xidmətlər göstərilib
-
11 saat əvvəl
Bu il Azərbaycanın xam neftinin qiyməti 16 dollar daha aşağı olub
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Kristal” və İtaliyanın “Zambaiti Parati” brendi əməkdaşlığını genişləndirir - Memorandum imzalandı
-
12 saat əvvəl
Azərbaycanın cari əməliyyatlar hesabının profisiti "əriyib" - 1 milyard dollarlıq azalma
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bu il Azərbaycana 1 milyon ədəddən çox smartfon idxal edilib
Volkswagen 88 illik tarixində ilk dəfə zavodunu bağlayır
Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib
Xarici ölkələrdə Azərbaycan vətəndaşlarına turizmlə bağlı 1,2 milyar dollarlıq xidmətlər göstərilib
Bu il Azərbaycanın xam neftinin qiyməti 16 dollar daha aşağı olub
Ən çox oxunanlar
"Hazırda 33 səhm və 30 istiqraz listinqdədir"
“Kristal” və İtaliyanın “Zambaiti Parati” brendi əməkdaşlığını genişləndirir - Memorandum imzalandı
Azərbaycanın cari əməliyyatlar hesabının profisiti "əriyib" - 1 milyard dollarlıq azalma
Dövlət şirkətlərinin büdcə və maliyyə göstəriciləri yeni Qaydalar ilə monitorinq olunacaq
Azərbaycan ilə Maldiv arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib
Naxçıvan Ali Məhkəməsinə sədr təyin edildi - SƏRƏNCAM














.jpg)






.jpg)



