Azərbaycan qazının Macarıstan bazarına çatdırılması məsələsi müzakirə edilib
Energetika naziri Pərviz Şahbazovun Budapeştdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və energetika naziri Csaba Lantos ilə görüşləri olub.
Bu barədə Energetika Nazirliyindən bildiriib.
Məlumata görə, xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdə yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlər iclasının nəticələrindən məmnunluq ifadə edilib və Birgə Müəssisənin yaradılması ilə bağlı proseslərin sürətləndirilməsinin vacibliyi qeyd olunub. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin səmərəli layihə kimi reallaşmasında Azərbaycandan böyük həcmdə yaşıl enerjinin ötürülməsinin mühüm rol oynayacağı vurğulanıb. Həmçinin Özbəkistan və Qazaxıstanın Mərkəzi Asiyadan elektrik enerjisinin bu dəhliz vasitəsilə Avropaya ötürülməsində maraqlı olduqları diqqətə çatdırılıb. Layihənin strateji əhəmiyyəti Azərbaycanla Avropa İttifaqı, o cümlədən Macarıstan arasında körpü yaratması aspektində dəyərləndirilib.
Görüşdə Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyətindən bəhs olunub. Azərbaycandan uzunmüddətli əsasda qaz tədarükünün perspektivləri, eləcə də neft-qaz layihələrində Macarıstan şirkətləri ilə əməkdaşlığın inkişafı müzakirə edilib.
Macarıstanla karbohidrogen və “yaşıl enerji” sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi energetika naziri Csaba Lantos ilə görüşdə də davam etdirilib. MOL və MVM şirkətləri ilə əlaqələrin genişləndirilməsi, həmçinin “yaşıl enerji dəhlizi” layihəsinin Texniki İqtisadi Əsaslandırma (TİƏ) prosesi, elektrik enerjisinin Avropaya ötürülməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Assosiasiyasının şəbəkəsinə (ENTSO-E) qoşulma ilə əlaqəli proseslərə Macarıstan tərəfindən təcrübə dəstəyinin verilməsi razılaşdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
5 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
5 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
5 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
7 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
8 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
8 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
9 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®



























