SOCAR gəlirlərini və mənfəətini açıqladı - 18 MİLYARD MANATDAN ÇOX AZALMA
43,7 milyard manat qazanıb, 42,3 milyard manat xərcləyib. SOCAR-ın xalis mənfəəti 3,3 dəfə, gəlirləri 30 faiz azalıb.Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 1 milyard 414 milyon manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ilin eyni dövrünü 4 milyard 624 milyon manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, Azərbaycanın ən böyük şirkətinin xalis mənfəəti 3,3 dəfə azalıb.
GƏLİRLƏRİ AZALIB
Marja.az xəbər verir ki, ötən ilin ilk 6 ayında SOCAR-ın cəmi gəlirləri 60 milyard 328 milyon manat ikən, 2023-cü ilin ilk 6 ayında 42 milyard 181 milyon manat olub (18 milyard 147 milyon manat və ya 30% azalıb). Əlavə edək ki, bu il dünya bazarlarında neft və qaz qiymətləri 2022-ci illə müqayisədə aşağı olub.
2023-cü ilin ilk 6 ayında SOCAR-ın cəmi gəlirləri (satış gəlirləri, faiz gəlirləri, asılı müəssisələrdən gəlirlər və sair gəlirləri ) 43 milyard 694 milyon manat, cəmi xərcləri 42 milyard 280 milyon manat təşkil edib.
2023-cü ilin yanvar-iyun dövründə SOCAR xam neftin satışından 25 milyard 421 milyon manat, neft məhsullarının satışından 9 milyard 144 milyon manat, təbii qazın satışından 4 milyard 159 milyon manat, neft-kimya məhsullarının satışından 2 milyard 7 milyon manat, icarədən 213 milyon manat əldə edib. Həmçinin SOCAR-ın 1 milyard 237 milyon manat sair gəlirləri olub.
SOCAR 42 milyard 181 milyon manat cəmi satış gəlirlərinin 30 milyard 833 milyon manatını İsveçrədə, 4 milyard 296 milyon manatını Azərbaycanda, 3 milyard 739 milyon manatını Türkiyədə, 1 milyard 361 milyon manatını Birləşmiş Ərəb Əmirliklərində, 900 milyon manatını Gürcüstanda və 1 milyard 52 milyon manatını sair ölkələrdə əldə edib.
Qeyd edək ki, SOCAR 30 iyun 2023-cü il tarixində başa çatan altı ay üzrə Konsolidasiya edilmiş hesabatlarını dərc edib.
ŞİRKƏT KİÇİLİB
SOCAR 30 iyun 2023-cü il tarixində 70 milyard 351 milyon manat cəmi aktivlərə malik olub. Şirkəti ötən ilin eyni tarixində 80 milyard 835 milyon manat cəmi aktivlərə malik idi.
SOCAR-ın əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı, nəql edilməsi, eləcə də neftin, qazın, neft məhsullarının satışından ibarətdir. SOCAR 100 faiz Azərbaycan Respublikasına (Dövlətə) məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
8 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
9 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
9 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
11 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
11 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
12 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
12 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 13 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®























