"Azərbaycanda 20-dən çox müəssisə şərab istehsal edir, lakin 4-5 şirkət əsas ixracatçıdır"

Azərbaycanda 20-dən çox kiçik və böyük müəssisə şərab istehsal edir.
Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.
O qeyd edib ki, həmin şirkətlərdən 15-ə yaxını məhsulunu ixrac edir, lakin 4-5 şirkət əsas ixracatçıdır.
"Əsas məsələ şərab mədəniyyətinin inkişaf etdirilməsidir. Azərbaycanda şərabçılıq ənənəvi sahə olub. 40 il bundan əvvəl Azərbaycanda böyük sahələrdə üzüm bağları olub. Bu baxımdan Azərbaycan həm Gürcüstanı, həm də Moldovanı geridə qoyub. Lakin ermənilər bağlarımızı məhv ediblər. Düşünürəm ki, bunu bərpa edə bilərik. Bunun üçün ölkədə həm texniki, həm də maddi bazası var. Bu gün Azərbaycanda üzüm bağlarının sahəsi 17 min hektardır. 2022- ci ildə ölkədə 210 min ton üzüm yığılıb. Bu, həm süfrə, həm də texniki üzüm olub. Texniki üzümlərin əkin sahəsi 5 min hektardan çoxdur. Bu da 50 min tona yaxın məhsul götürməyə imkan verir”, - deyə icraçı direktor əlavə edib.
Gələn il şərab ixracını stimullaşdırmaq üçün layihələr icra edəcək
2024-cü ildə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Azərbaycandan şərab ixracının stimullaşdırılması üçün bir neçə layihə icra etməyi planlaşdırır. Bunu Agentliyin icraçı direktoru Yusif Abdullayev bildirib.
"Xüsusilə əsas ixrac bazarlarında, satış şəbəkələrində Azərbaycan şərabının təşviq edilməsi ilə bağlı işlərin görülməsi nəzərdə tutulur. Bu işlər həm Rusiya, həm də digər ölkələrin bazarlarını əhatə edəcək. Azərbaycan şərabının digər Mərkəzi və Şərqi Asiya ölkələrinə ixracı üçün böyük potensial var. Çində pandemiyadan sonra məhdudiyyətlər davam edirdi, ancaq 2023-cü ilin əvvəlindən bütün məhdudiyyətlər aradan qaldırılıb. Ona görə də Çinə şərab ixracımız artır. Burda şərab evlərinin də rolu böyükdür", - deyə o qeyd edib.
Hazırda regionda ən böyük şərab ixracatçısı Gürcüstandır. Düşünürük ki, bir neçə il ərzində Gürcüstanın şərab ixrac etdiyi bazarlarda biz də ciddi rəqabət apara biləcəyik. Şərab turizmin inkişafı da çox önəmlidir. Dövlət Turizm Agentliyinin, İqtisadiyyat Nazirliyinin, AZPROMO-nun təşəbbüsləri nəticəsində işlər icra edilir. Bizim şərabımızın tanıdılması istiqamətində işlərin aparılması vacibdir”, - deyə icraçı direktor əlavə edib.
© "Report"
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
4 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
4 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
4 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 4 saat əvvəl
-
4 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
5 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 5 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
