İcazəsiz tikililərin enerji təchizatı şəbəkəsinə qoşulmasına dair qadağa yeni qanuna daxil edilir
Dekabrın 13-də illi Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib.
Komitənin sədri Sadiq Qurbanov bildirib ki, gündəliyə bir məsələ - “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi daxil edilib.
İclasda bildirilib ki, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 30 may 2023-cü il tarixli qanuna əsasən 2023-cü il oktyabrın 1-dən etibarən qanuni əsaslar olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması qadağan edilib. Buraya həm tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilən, həm də barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilən tikinti obyektləri daxildir.
2023-cü il aprelin 11-də isə yeni “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib və 2024-cü ildən qüvvəyə minəcəkdir. Həmin qanunun qüvvəyə minməsi ilə əlaqədar “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 1998-ci il 3 aprel tarixli 459-IQ nömrəli Qanunu ləğv edilir.
Bu səbəbdən müvafiq tənzimləyici normanın olduğu kimi 2023-cü il 11 aprel tarixli “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilməsi (keçirilməsi) zərurəti yaranıb. Bununla da həmin tənzimləyici normanın 2024-cü il yanvarın 1-dən sonra da qüvvədə olması təmin ediləcəkdir.
Qeyd edilib ki, analoji norma qaz və su təchizatı sistemlərinə qoşulmaya münasibətdə də mövcuddur.
Çıxış edən komitə üzvləri Fatma Yıldırım, Afət Həsənova, Məşhur Məmmədov və İltizam Yusifov qanun layihəsinin əhəmiyyətindən danışıblar.
Sonra “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
2 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























