Qırmızı Ürəklər Fondu 3 yaşını qeyd etdi
Hər zaman sosial təşəbbüslərlə gündəmə gələn, cəmiyyət üçün əhəmiyyətli layihələrin müəllifi, ölkənin bütün regionlarını əhatə edərək minlərlə insana maddi və mənəvi dəstək göstərən Qırmızı Ürəklər Fondunun rəsmi olaraq fəaliyyətə başlamasının 3 ili tamam oldu. Fond ötən gün bu münasibətlə dostlarını “Ürəksən” adlı tədbirdə qonaq etdi.
Kapital Bank-ın nümayəndələri, donorlar, əməkdaşlar və könüllülərin iştirak etdiyi tədbiri çıxış sözü ilə Fondun prezidenti Sevda Haqverdiyeva açdı. O, iştirakçılara 2023-cü il ərzində Fondun fəaliyyət istiqamətləri üzrə görülən işlərin hesabatını təqdim etdi. Daha sonra Fondun fəal üzvləri il ərzində layihələrdə göstərdikləri dəstəyə görə xüsusi təşəkkürnamələrlə təltif edildi. Eləcə də qurumun fəaliyyətinin genişləndirilmsi istiqamətində töhfəsini əsirgəməyən və ianələrlə daim dəstək göstərən donorlara plaketlər təqdim edildi.
Fəaliyyət göstərdiyi 3 il ərzində Fond cəmiyyət, ətraf mühit və heyvanlara dəstək olmaqla 3 əsas istiqamət üzrə müxtəlif sosial layihələr icra edib. Onların sırasında uşaq evləri və sığınacaqlarda seminarlar, təlimlər, aztəminatlı ailələrə yardım aksiyaları, təhsil təqaüdü proqramı, sağlamlıqla bağlı müxtəlif maarifləndirici layihələr, regionlarda kütləvi ağacəkmə aksiyaları, sahilyanı ərazilərin tullantılardan təmizlənməsi, heyvan sığınacaqlarına dəstək aksiyaları kimi onlarla layihə var.
Qeyd edək ki, 2023-cü il ərzində Qırmızı Ürəklər Fonduna 31 430 ianəçi tərəfindən 14 893,53 min manat vəsait daxil olub. Toplanan vəsaitlər hesabına 242 könüllünün iştirakı ilə 4023 benefesiara ianələr şəklində dəstək göstərilib.
“Red Hearts” - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















