Şirkətlər Qrupunun mağazaları rəqəmsal qəbz xidmətini istifadəyə verib
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” və “OBA” marketlər şəbəkəslərinin müştəriləri artıq alış-veriş qəbzlərini mağazanın mobil tətbiqində də görə bilirlər.
Bu xidmət vasitəsilə müştərilər aldığı məhsulları dərhal görərək alış-veriş tarixçələrini izləyə, həmçinin tətbiq üzərindən “ƏDV geri al” xidmətindən faydalana bilərlər.
Rəqəmsal qəbz xidməti şirkətlər qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin müştəriləri üçün də tətbiq edilməyə başlanıb.
““OBA” və “Araz” marketlərimizdə tətbiq edilən bu innovasiya müştəri məmnuniyyətini yüksəltmək, müştərilərimizə daha yaxşı xidmət göstərmək üçündür. Əgər müştəri alış-veriş qəbzi itirərsə o, mobil tətbiq vasitəsi ilə istənilən an alış-verişi haqqında məlumatı əldə edə, həmçinin ƏDV-ni əldə edə bilər”, - deyə Şirkətlər Qrupunun İnformasiya Texnologiyaları direktoru Ülvi Babaşov qeyd edib.
Onu da bildirək ki, Veysəloğlu Şirkətlər Qrupunun bütün əməkdaşları üçün “Araz” və “OBA” mağazalarımızda hər 10 AZN-lik alış-verişdə 5 faiz keşbek qazanma imkanı da yaradıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























