Müvəqqəti sədr: "2023-cü ildə gəlirimiz 72.3 milyon manat təşkil edib"
“Azərpoçt” MMC-nin İdarə Heyəti sədrinin vəzifələrini icra edən İsi Mustafayev: Qurumun 2023-cü il üzrə illik gəliri 72.3 milyon manat təşkil edib. Bu da özündən əvvəlki ilin müvafiq dövründən 10% çoxdur. Keçən il üzrə xalis mənfəət 4.6 milyon manat, EBİTDA isə 11.5 milyon manat olub. Həmin dövrdə cəmiyyətin xərcləri 67,5 milyon manat olub. Bu da özündən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10% çoxdur. Xərc artımının əsas hissəsi əməkhaqqı xərclərinin payına düşür. Belə ki, 2023-cü ilin əvvəlində minimum əməkhaqqının 17% artımı xərclərin artımına səbəb olub.“Azərpoçt” MMC 2023-cü ilin yekunlarına dair brifinq keçirib.
Marja.az xəbər veri ki, brifinqdə çıxış edən “Azərpoçt” MMC-nin İdarə Heyəti sədrinin vəzifələrini icra edən İsi Mustafayev qurumun 2023-cü il ərzində gördüyü işlər, eləcə də maliyyə nəticələri barədə məlumat verib.
Qeyd edib ki, 2021-ci ildən yenilənmə mərhələsinə keçid edən, eləcə də elektron kommersiyada inkişaf etməyi hədəfləyən “Azərpoçt” 2023-cü il üzrə 3 əsas layihəsini uğurla sınaqdan keçirərək istifadəyə verib.
Belə ki, 20,000-dən çox müştəri bazası olan, Türkiyədən onlayn məhsulların sifarişini çatdıran “Postcargo” bu gün 1113 şöbədə vətəndaşlara xidmət göstərir. Hazırda ABŞ-dən test rejimində bağlamaların çatdırılmasını icra edir, yaxın zamanda xidmətin tam istifadəyə veriləcəyi planlaşdırılır.
Bildirilib ki, “Azərpoçt” rəqəmsal çatdırma hesab olunan ilk Poçtamatını da AZ1000 indeksli mərkəzi poçt məntəqəsində müştərilərinin istifadəsinə verib. İnsan əməyi olmadan, avtomatlaşdırılmış şəkildə özünəxidmət funksiyalı poçt qutuları 7/24 rejimində fəaliyyət göstərərək müştərilərin məmnuniyyətini tam təmin edir.
Əlavə olunub ki, qurum yalnız onlayn sifarişlərin çatdırılması üçün nəzərdə tutulan, xüsusi xidmət nöqtələri olan PUDO məntəqələrini də istifadəyə verib. Hazırda 50-yə yaxın məntəqədə səhər 9:00-dan axşam 21:00-a qədər PUDO-lar fəaliyyət göstərir.
Ölkədə poçt işinin təşkilindən danışan İsi Mustafayev qeyd edib ki, 2020-ci ildən etibarən işğaldan azad olunmuş ərazilərdə də mütəmadi yenidənqurma işləri aparılır. Belə ki, 2020-ci ildə Hadrutda, daha sonra Cocuq Mərcanlıda poçt şöbəsi yaradılıb. 2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətlərinin təşkili təmin olunub. Hazırda Xankəndi Poçt Filialının yaradılması, Şuşa, Laçın, Xocavənd və Əskəran şəhərlərində poçt xidmətlərinin təşkili üçün inzibati binaların müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.
Bildirilib ki, qurumun 2023-cü il üzrə illik gəliri 72.3 milyon manat təşkil edib. Bu da özündən əvvəlki ilin müvafiq dövründən 10% çoxdur. Keçən il üzrə xalis mənfəət 4.6 milyon manat, EBİTDA isə 11.5 milyon manat olub. Həmin dövrdə cəmiyyətin xərcləri 67,5 milyon manat olub. Bu da özündən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10% çoxdur. Xərc artımının əsas hissəsi əməkhaqqı xərclərinin payına düşür. Belə ki, 2023-cü ilin əvvəlində minimum əməkhaqqının 17% artımı xərclərin artımına səbəb olub.
Qeyd olunub ki, “Azərpoçt” əməkdaşlarının aylıq gəlirlərinin artırılması üzrə 2023-cü il üçün qarşıya hədəf kimi qoyulmuş əməliyyat bonusunun tətbiqinə başlanılıb.
Eyni zamanda nəzərə çatdırılıb ki, “Azərpoçt”un 2024-cü il üzrə əsas hədəfi yenidən əməkdaşların maddi rifah səviyyəsinin yüksəldilməsi olacaq. Büdcə xərclərində bu istiqamətdə 15%-lik artım nəzərdə tutulub.
Media nümayəndələrinin suallarını cavablandıran qurum rəhbəri “Azərpoçt” tərəfindən ötən ildən başladılan transformasiya proseslərinin növbəti ildə də davam etdiriləcəyini diqqətə çatdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
5 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
5 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
5 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
7 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
8 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
8 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
9 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®






















