Əkinə Nəzarət və Monitorinq Platforması - FOTO
(®) Dünyada və Azərbaycanda əhalinin demoqrafik artımı qida tələbatına olan ehtiyac baxımından artan tendesiya ilə davam edir. Bu kontekstdə aqrar innovasiyaların tətbiqi, əkin prosesinin daha effektiv və səmərəli təşkili fermerlər, tədqiqatçılar və qərarvericilər üçün çox vacibdir.
Tarixən fermerlər məhsulun sağlamlığını, suvarma və gübrələmə ehtiyaclarını qiymətləndirmək üçün ənənəvi üsullara və öz müşahidələrinə etibar etmişlər. Bununla belə, texnoloji irəliləyişlər məhsullara nəzarət metodikasına yeniliklər gətirmişdir. Peyk görüntüləri, dronlar, ağıllı sensorlar və məlumat analitikası vasitəsilə fermerlərə real vaxt rejimində daha düzgün və əsaslandırılmış qərarlar qəbul etməyə dəstək verən dəqiq kənd təsərrüfatı tətbiqləri yaradılmışdır.
Bu xüsusda, əkin monitorinqi, başqa sözlə müxtəlif texniki imkanlarla əkinə nəzarət, müasir kənd təsərrüfatının mühüm tərkib hissəsidir. Bu innovativ texnoloji həll ərzaq təhlükəsizliyinin təmin edilməsində, resursların düzgün və dayanıqlı istifadəsinin optimallaşdırılmasında və ekoloji amillərin məhsuldarlığa təsirinin azaldılmasına xüsusi töhfə verir.

Şəkil 1. Bu indeks bitki örtüyünün rütubət səviyyəsini müəyyən edir.
Belə ki, Sustainera Solutions tərəfindən təklif edilən EOSDA Əkinə Nəzarət və Monitorinq (EOSDA Crop Monitoring) xidməti Azərbaycanda istənilən əkin sahəsinin xüsusiyyətlərinə uyğun peyk görüntülərindən istifadə edərək əkin sahəsinin müxtəlif indeksləri üzrə, real vaxt şəraitində məlumatların alınmasına şərait yaradaraq, toxum dövründən məhsulun toplanılması mərhələsinə qədər nəzarət etməyə imkan verir.

Şəkil 2. Bitki örtüyü tendensiyası.
Əkinə nəzarət platformasının əsas faydaları isə bunlardır:
-Məhsuldarlığın artırılması - Məhsulun sağlamlığını yaxından izləməklə fermerlər potensial problemləri erkən aşkarlaya və önləyici tədbirlər görə bilərlər. Bu yanaşma məhsul itkilərinin minimuma endirilməsi və ümumi məhsuldarlığın artırılmasına xidmət edir.
-Resursların optimallaşdırılması - Əkin monitorinqi su, gübrələr və pestisidlər kimi resursların optimal istifadəsinə kömək edir. Fermerlər tullantıları və ətraf mühitə təsirləri azaldaraq yuxarıda qeyd edilənləri daha səmərəli tətbiq edə bilərlər.
-Risklərin azaldılması - Xəstəliklərin, zərərvericilərin və ya əlverişsiz hava şəraitinin erkən aşkarlanması fermerlərə vaxtında müdaxilə etməyə imkan verir, məhsulun məhv olması riskini azaldır. Bu həmçinin məhsulun sığortalanmasına yardımçı olur.
-Düzgün qərarların qəbul edilməsi - Əkinə nəzarət alətləri üzrə əldə edilən nəticələr fermerlərə ərazinin idarəedilməsində köməkçi rol oynayır. Məlumatlara əsaslı bu yanaşma kənd təsərrüfatı təcrübələrinin dəqiqliyini artırır və davamlı əkinçiliyə töhfə verir.
Əkinə nəzarət platformasının istifadəsi kifayət qədər sadə və məlumatların əlçatan olması ilə seçilir. Belə ki, istənilən fermer və ya istifadəçi müvafiq əkin sahəsinin koordinatlarının sistemə daxil edərək peyk görüntülərini, həmin sahə üzrə rütubətlik, vegetasiya və digər indeksləri real vaxt şəraitində izləyə bilir. Platformadan istifadə üçün Sustainera komandası tərəfindən müvafiq təlimlər və istifadə müddətində dəstək xidməti göstərilir.
Məhsuldarlığın artırılması yolunda texnoloji həll olan əkinə nəzarət platformasından yararlanmaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Əlaqə: [email protected]
+994 50 233 88 01
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
3 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var






















