İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı anlaşdı
İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı arasında Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin hazırlanmasına dair Anlaşma Memorandumu imzalanıb.17:34 - İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı arasında “Azərbaycan üçün Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin hazırlanmasına dair Anlaşma Memorandumu”nun videokonfrans formatında imzalanma mərasimi keçirilib.
Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir imzalayıblar.
Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankının (İİB) dövlət və özəl sektorun inkişafı istiqamətində ölkəmizə göstərdiyi dəstəyi vurğulayıb, Azərbaycanın İİB Qrupuna daxil olan institutlarla əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb.
Ölkə üzrə Əməkdaşlıq Çərçivə sənədi Azərbaycan-İİB əməkdaşlığında yeni dövrün başlanğıcı kimi dəyərləndirilib. Sənədin icrasının “yaşıl” və dayanıqlı infrastrukturun inkişafına, iqtisadiyyatın şaxələndirilməsi və rəqəmsal transformasiyaya stimul verəcəyi qeyd olunub. Bildirilib ki, sənədə uyğun olaraq görüləcək işlər tərəflər arasında əməkdaşlığı və ölkəmizin sosial-iqtisadi inkişaf hədəfləri istiqamətində birgə fəaliyyəti gücləndirəcək.
İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir Azərbaycanda həyata keçirilən islahatların və “yaşıl” iqtisadiyyata keçidlə bağlı reallaşdırılan layihələrin İİB tərəfindən dəstəkləndiyini vurğulayıb. Məhəmməd Süleyman Əl-Casir Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin potensial əməkdaşlıq sahələrini genişləndirəcəyini və iqtisadi artımı təşviq edəcəyini bildirib. Sənədin Azərbaycan və İİB arasında gələcək ortamüddətli əməkdaşlıq üçün əsas platforma olacağı qeyd olunub.
Görüşdə həmçinin, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinin gündəliyində yer alan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XXX
16:14 - "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı arasında Azərbaycan üçün Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin hazırlanmasına dair Anlaşma Memorandumu” imzalanıb.
Marja.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Memorandum İslam İnkişaf Bankının prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə videokonfrans formatında keçirilmiş görüş zamanı imzalanıb.
Nazir qeyd edib ki, sənədin icrası tərəflər arasında əməkdaşlığın və ölkəmizin sosial-iqtisadi inkişaf hədəfləri istiqamətində birgə fəaliyyətin gücləndirilməsinə töhfə verəcək.
Həmçinin görüşdə Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinin gündəliyində yer alan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
6 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
7 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
7 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
9 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
9 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
10 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
10 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®


























