“Daşkəsən” dəmir filizi yataqlarının istismarı üçün zavodlar inşa ediləcək
Yanvarın 30-da “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransı keçirilib.
Tədbirdə, “Daşkəsən Dəmir Filiz” MMC-nin baş direktoru Ceyhun Əliyev çıxış edərək, “Daşkəsən” dəmir filizi yataqlarının istismarına hazırlıq, dəmir istehsalı zəncirinin yaradılması istiqamətində həyata keçirilən işlərdən danışıb. Qeyd olunub ki, “Daşkəsən” dəmir filizi yataqlarında filizli süxurların tərkibindəki dəmirin zənginlik dərəcəsinin nisbətən aşağı olması (ortalama 40%) bu filizlərin zənginləşdirilərək, minimum 67%-ə çatdırılmasını zəruri edir. Bu məqsədlə istehsal zəncirinin ilkin mərhələsi olaraq 67% dəmir tərkibli konsentrat istehsalı məqsədilə Zənginləşdirmə zavodunun inşası nəzərdə tutulub. Növbəti mərhələdə zənginləşdirilmiş konsentratdan xammal qismində mexaniki və kimyəvi uyğunluğun təmin edilməsi üçün aralıq məhsul olan 67% dəmir tərkibli pellet istehsalı infrastrukturu – Pellet zavodu qurulacaq. Daha sonra aralıq məhsul olan pellet 95% dəmir tərkibli HBI məhsulunun istehsalı üçün HBI zavoduna yönəldiləcək.
Bildirilib ki, zavodların layihələndirmə mərhələsindən başlayaraq müasir ekoloji tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə qlobal tendensiyalar nəzərə alınıb. HBI texnologiyası klassik yanaşma ilə müqayisədə karbon qazı emissiyasının 60%-dək azaldılmasına imkan yaradır.
Əlavə edilib ki, layihənin yüksək investisiya dəyəri (1.7 milyard manat) nəzərə alınaraq, maliyyələşmədə dövlət büdcəsinə əlavə yük yaratmamaq üçün prosesə investorun cəlb edilməsi ilə bağlı hazırda bir sıra iri potensial partnyor şirkətlərlə danışıqlar davam etdirilir. Bütün maraqlı tərəflərin təklif və şərtləri qiymətləndirildikdən sonra layihənin ölkəmiz və xalqımız üçün ən əlverişli formada icrası təmin ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
7 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
8 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
8 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
10 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
10 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
11 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
11 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®























