Yayda təhvil veriləcək, təmir seçimləri başlayıb - Hazır mənzil istəyənlər üçün fürsət
“City Garden Narimanov”da təmir seçimləri başlayıb!
“Kristal Abşeron” xəbər verir ki, “City Garden Narimanov”dan mənzillər yaxın müddətdə (yay aylarının sonunda) təhvil veriləcək. Aldığımız məlumata əsasən meqa yaşayış kompleksinin birinci hissəsində olan binaların bir çoxunda fasad işləri tamamlanmaq üzrədir. Paralel olaraq isə sürətli şəkildə daxili təmir işləri aparılır. Sakinlərin seçim prosesi yekunlaşdıqdan sonra təmirin sonuncu mərhələsinə tam keçid ediləcək.

Bu günədək bütün mənzillərə yenilənmiş səs izolyasiya sistemi tətbiq edilib, pəncərələr quraşdırılıb, mənzillərə kabel sistemi çəkilib. Qeyd edək ki, “City Garden Narimanov”un təmir-tikintisində məşhur dünya markalarından istifadə edilir. Hamam aksesuarları Almaniya istehsalı “Grohe” və “Hansgrohe”, pəncərə şüşələri Amerika markası “Guardian Glass”, kabel sistemi İtaliya markası “Prysmian” yanmayan kabelləri, parketlər Kanada markası “Coswick”, elektrik açarları və aksesuarları İtaliya istehsalı “Gewiss”dir.

Heydər Əliyev prospektinin yaxınlığında (“SOCAR Tower”in yanı), Nəriman Nərimanov metrostansiyasına qısa məsafədə inşa edilən kompleksə Şəki dairəsindən yeni tunel çəkiləcək və bununla da kompleksin yerləşməsi daha əlverişli olacaq.

İndi sizin şəxsi büdcənizə uyğun aylıq ödəniş məbləği təyin edərək tam təmirli, premium mənzil sahibi olmaq imkanınız var. Bunu üçün sadəcə “City Garden Narimanov” satış mərkəzinə yaxınlaşmaq kifayətdir. Satış mərkəzi layihənin daxilində yerləşir və siz bura gələrək həm də inşaatla yerində tanış ola bilərsiniz.
Satış ofisinin ünvanı:
https://maps.app.goo.gl/GHdjd2Lssa16WocR8
Ətraflı:
*1544 / 050 293 10 10

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
3 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























