
Toyuq ətini istehsalçılar bahalaşdırmayıb, marketlər qiyməti qaldıra bilər - AÇIQLAMA

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası son günlər ölkədə toyuq ətinin bahalaşması ilə bağlı yayılan məlumatları nəzərə alaraq bildirir ki, Birliyə daxil olan təsərrüfatlardan heç birində satış qiymətləri artırılmayıb. Ayrı-ayrı pərakəndə satış məntəqələrində qiymət artımı varsa, bu, sırf həmin məntəqələrin məsuliyyətidir.
Birlikdən Marja.az-a daxil olan məlumatda qeyd edilib ki, Azərbaycanda toyuq ətinə tələbat durmadan yüksəlir. Həm ölkə əhalisinin sayı, həm ölkəmizə gələn xarici turistlərin sayı artır ki, bu da tələbatın yüksəlməsini şərtləndirir. Quşçuluq təsərrüfatları artan tələbatı təmin etmək üçün istehsal sahələrini genişləndirməyə, müasir texnologiyaları tətbiq etməyə çalışırlar.
"Bu gün ölkəmizi yumurta və quş əti ilə təmin edən müəssisələr sovet dövründə tikilib. Bu müəssisələrdən bəziləri 50 ilə yaxındır istismar olunur. Quşçuluğun ən mühüm spesifik xüsusiyyətlərdən biri təsərrüfatda bir mövsüm quş saxlandıqdan sonra bioloji fasilənin verilməsidir. Ancaq bu gün mövcud reallıqda bunu etmək mümkün deyil. Bioloji fasilə zamanı bir mövsüm quş saxlandıqdan sonra təsərrüfat tamamilə boşaldılır, yuyulur təmizlənir, dezinfeksiya edildikdən sonra ən az 6 ay müddətinə boş saxlanılır. Bunu etməkdə məqsəd virus və bakteriyaların aparılan vaksinasiya proqramına qarşı immunitet qazanmasının qarşısını almaqdır. Təəssüf ki, bugünkü şərait Azərbaycanın quşçuluq təsərrüfatlarına bu vacib prosesi təmin etməyə imkan vermir. Nəticədə təsərrüfatlarda yetişdirilən quşlar müxtəlif xəstəliklərə çox həssas olur, itkilər artır. Təsərrüfatlar bu itki ilə uzun müddət işləyə bilməz. Çünki bu gün damazlıq materialların hamısı xaricdən gətirilir və olduqca bahadır. Digər tərəfdən, tələfat nəticəsində itirilən quşlar üçün çəkilən xərc - işlədilən vaksin, vitamin, minerallar, işçinin əmək haqqı, işıq, qaz, su, yem və digər xərclər salamat qalan quşların maya dəyərinə daxil olur.
Quşçuluq sahəsi kənd təsərrüfatının ən vacib sahələrindən biridir. Ancaq ölkəmizdə kənd təsərrüfatı deyildikdə, yalnız əkinçilik və maldarlıq nəzərdə tutulur. Ona görə də ölkəmizdə olan torpaqlar əkin və örüş olaraq cəmi iki kateqoriyaya ayrılıb. Ərzaq səbətində mühüm yerə sahib olan quşçuluq məhsullarının istehsalı üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulmayıb.
Əhali üçün ən ucuz və əlçatan protein mənbəyi quşçuluq məhsullarıdır və bu məhsulları heç nə ilə əvəz etmək mümkün deyil. Bu məhsulların çatışmazlığı daha çox tez hiss olunur, nəinki digər kənd təsərrüfat məhsullarının. Çünki quşçuluq məhsulları qiymət baxımından digər məhsullardan daha əlçatandır. Belə çatışmazlığın yaranmaması üçün quşçuluq təsərrüfatlarının müasir standartlara və tələblərə uyğun binaları olmalıdır. Lakin sovet dövründə tikilən tikililər bugünkü texnoloji tələblərə cavab vermir. Sovet dövründə təsərrüfatlarda çoxsaylı binalar tikilib. Bu binaların hamısını eyni vaxtda sökmək və yenisini tikmək mümkün deyil. Bu proses tədricən və təsərrüfatın imkanları daxilində aparılır.
Sovet dövründə tikilən təsərrüfatlara torpaq sahələri ayrılıb. Bəzən 100 hektara qədər, bəzən də 100 hektardan çox olan bu torpaq sahələrinin içində sovet dövründə müxtəlif yerlərdə tikililər tikilib. Müstəqillik dövründə bu təsərrüfatlar özəlləşdirilib və həmin torpaqlar da üstündə olan əmlakla birlikdə texniki pasport hazırlanaraq təsərrüfata verilib.
Neçə illərdir quşçuluq təsərrüfatları müxtəlif problemlər üzündən həmin torpaq sahələrini özəlləşdirə bilmirlər. Bu problemlərin aradan qaldırılması vacibdir.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası olaraq quşçuluq təsərrüfatlarının üzləşdiyi problemlər və onların həll yolları barədə ölkə hökumətinə təkliflərimizi göndərmişik. Nazirlər Kabinetinə, iqtisadiyyat və kənd təsərrüfatları nazirlərinə göndərdiyimiz təkliflərdə quşçuluq təsərrüfatlarına əkin-biçinə, örüş kimi istifadəyə yararsız olan torpaqlarda istehsal sahələrinin genişləndirilməsinə şərait yaradılmasını xahiş etmişik.
Dövlətimiz hər zaman quşçuluq sahəsini dəstəkləyib. Ölkə əhalisinin artdığı, tələbatın çoxaldığı bir dövrdə Azərbaycanda quş əti və yumurta istehsalının da artırılması zəruridir. Ancaq sadaladığımız problemlər həll edilmədən bu sahənin inkişafına və dayanıqlığına tam nail olmaq mümkün deyil. Yuxarıda sadaladığımız problemlər həll edilmədən dövlətimizin dəstəyi və bu sahədə çalışan insanların əməyi tam istənilən nəticəni verməyəcək.
İnanırıq ki, Azərbaycan dövləti yerli istehsalın artmasına dəstəyini davam etdirəcə, quşçuluq təsərrüfatlarının istehsalın genişləndirilməsi planlarının icrası üçün zəruri addımlar atılacaq".
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
Göygölün avtomobil yolunun əsaslı təmiri üçün pul ayrıldı - SƏRƏNCAM
- 9 saat əvvəl
-
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
- 23 saat əvvəl
-
23 saat əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
23 saat əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 23 saat əvvəl
-
23 saat əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 1 gün əvvəl
-
1 gün əvvəl
ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
Son Xəbərlər

OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır

Neft ucuzlaşmaqda davam edir

Qlobal Qida Qiymətləri İndeksi Avqust ayında sabit qalıb

Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
Ən çox oxunanlar

Avrozonada iqtisadi artım zəifləyib

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
