Azərbaycanda ilk dəfə Bakı Su Həftəsi keçiriləcək - 90-a yaxın şirkət iştirakını təsdiqləyib
2024-cü ilin mart ayında Bakı şəhərində Azərbaycanla yanaşı, bütün dünyada mühüm və prioritet sahələrdən biri olan su təsərrüfatı üzrə Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı keçiriləcək.
Təşkilatçının yaydığı məlumatda bildirilir ki, Bakı Su Həftəsi (“Baku Water Week”) çərçivəsində Azərbaycanda ilk dəfə baş tutacaq sərgi 12-14 mart tarixlərində Bakı Ekspo Mərkəzində, konfrans isə 13-14 mart tarixlərində “The Ritz-Carlton Baku” mehmanxanasında keçiriləcəkdir.
Azərbaycanda etibarlı su təchizatına nail olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahənin ölkədə bundan sonrakı inkişafı, mövcud çətinliklərin və həll yollarının müzakirəsi, maraqlı tərəflər üçün yeni fürsətləri əlçatan etmək məqsədilə keçirilən bu tədbir Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil edilir. Bakı Su Həftəsinin təşkil edilməsində əsas məqsəd Azərbaycanda bu sahənin daha da inkişaf etdirilməsi üçün ölkəyə yeni texnologiyaların, avadanlıqların və investisiyaların cəlb edilməsi, eləcə də Qarabağın bərpası və yenidən qurulması yönündə içməli su təminatının gücləndirilməsi, bununla bağlı vacib məsələlərin, yeni layihələrin və əməkdaşlıqların müzakirəsidir.
Bakı Su Həftəsində 16 ölkədən 90-a yaxın şirkət öz iştirakını təsdiqləmişdir. İştirakçı şirkətlərin təmsil etdiyi ölkələr sırasına Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Avstraliya, Belarus, Belçika, Böyük Britaniya, Çexiya, Danimarka, Gürcüstan, İsrail, Isveçrə, Qazaxıstan, Türkiyə və Rusiya Federasiyası daxildir.
Ölkədə ilk dəfə təşkil olunmasına baxmayaraq, Bakı Su Həftəsi bir sıra önəmli şirkətlər tərəfindən dəstəklənir. Sərginin qızıl sponsorları “Acwa Power”, “AgroFoodInvestment”, “Geo SU Group”, "Hidroloq" MMC, gümüş sponsorları “IDE Technologies”, “Körpü Bina Tikinti”, “Coca-Cola”, bürünc sponsorları “Kolin İnşaat”, “Özgün İnşaat”,“Qarabağ-ER” və “Aztəsərrüfat” MMC, konsaltinq tərəfdaşı isə “Mekorot” şirkətləridir. Bu mühüm şirkətlərin dəstəyi tədbirin əhəmiyyətinin və aktuallığının göstəricisidir.
Bakı Su Həftəsi aşağıdakı bölmələri əhatə edəcəkdir:
- analiz və laboratoriya texnologiyaları;
- borular və boru kəməri avadanlığı və məhsulları;
- drenaj üçün avadanlıqlar;
- hidrotexniki qurğular;
- içməli suların emalı;
- konsaltinq xidmətləri;
- su təchizatı və kanalizasiya;
- suvarma sistemləri;
- su təchizatı və su təsərrüfatında inşaat və qazma texnikası və avadanlığı;
- su sahəsində ölçmə, tənzimləmə və nəzarət texnologiyaları;
- su təsərrüfatı obyektlərinin layihələndirilməsi və tikintisi;
- informasiya və kommunikasiya texnologiyaları;
- su təsərrüfatında təhsil, elmi araşdırmalar;
- elmi-tədqiqat institutları;
- suyun duzsuzlaşdırılması texnologiyaları;
- tullantı və yağış sularının axıdılması və emalı sistemləri.
Beynəlxalq Su Təsərrüfatı Sərgisi zamanı bu mövzularla əlaqəli mövcud həll yollarının tapılması yönündə bir sıra mühüm məsələlər müzakirə olunacaqdır. Belə ki, sərginin təqdimat zonasında “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatları və yenidənqurma işləri”, “Azərbaycanda Su Təsərrüfatında Müasir Trendlər və Su Ehtiyatlarının İnkişaf Planları”, “Su, qida və enerji”, “Su ehtiyatlarının keyfiyyətinin təmin edilməsində təhlilin rolu”, “Su diplomatiyası”, “Su təsərrüfatında müasir texnologiyaların tətbiqinin əhəmiyyəti”, “Tullantı sularının davamlı idarə olunması: problemlər və həll yolları”, “Su ehtiyatlarına qənaət – “Bir damcı” dəyər verək” və s. mövzularda panel müzakirələri aparılacaqdır.
Ənənəvi olaraq, sərgilər çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B və B2G) keçiriləcəkdir. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. Bundan əlavə, ikitərəfli işgüzar görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə edəcəklər.
Beləliklə, tədbirdə iştirak edən şəxslər su təsərrüfatı sahəsinin aparıcı nümayəndələri ilə görüşlər keçirmək, ən son texnoloji məhsullar və sektorun inkişaf strategiyaları barədə məlumat almaq, eləcə də perspektiv müqavilələr imzalamaq imkanı əldə edəcəklər. Təşkilatçılar ümid edirlər ki, Bakı Su Həftəsinin keçirilməsi Azərbaycanda su sektorunun inkişafına təkan olacaq və yeni həll yollarının tapılmasına öz töhfəsini verəcək.
Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir. Eyni zamanda, tədbir Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 16 d. əvvəl
-
20 d. əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
37 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
2 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm




























