Qlobal bank Dolların 36 lirəyə yüksələcəyini gözləyir
HSBC ilin sonuna dollar məzənnəsi proqnozunu 3 TL yüksəldib.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) son günlər artan valyuta tələbi istiqamətində addımlar atarkən, xarici qurumlar da ABŞ Dolları/Türk Lirəsi (USD/TRY) məzənnəsi proqnozlarını yeniləməyə başlayıblar.
Marja.az xəbər verir ki, Dünyanın ən böyük bank və maliyyə xidmətləri institutlarından biri olan HSBC də dollar/TL proqnozunu yeniləyib.
HSBC strateqlərinin 6 mart tarixli hesabatlarına görə, HSBC 2024-cü il üçün Dollar/Türk Lirəsi (TL) proqnozunu 33-dən 36-ya yüksəldib.
Bankın hesabatında Türk Lirəsinin dəyərdən düşməsinin gözləniləndən daha sürətli olduğu bildirilib.
Qeyd edək ki, hazırda Dollar/TL məzənnəsi 31,84 lirə səviyyəsindədir.
Son vaxtlar Türkiyənin iqtisadi rəhbərliyi Türk Lirəsində (TL) real bahalaşma gözlədiklərini açıqlayıblar. Ölkənin Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək TL-də real ucuzlaşma olmayacağını vurğulayıb. Nazir Şimşək mövzu ilə bağlı deyib: “TL-ni dəstəkləyən siyasətlər var. Biz nə həddindən artıq dəyərli, nə də həddindən artıq dəyərsiz TL istəyirik. Seçki qeyri-müəyyənliyinin aradan qalxdığı bir mühitdə TL niyə inflyasiyadan çox dəyər itirməlidir?! Mən vətəndaşların portfel üstünlüklərinə hörmətlə yanaşıram. Proqramımız uğurla həyata keçirildikdə TL-də real ucuzlaşma olmayacaq. Uğurlu dezinflyasiya proqramlarında yerli valyuta real olaraq bahalaşıb".
Məsələ TCMB-nin faiz qərarı mətnlərində də yer alıb. TCMB-nin son faiz qərarının mətnində bu ifadələrə yer verilib: “Pul siyasətində qətiyyətli mövqe inflyasiyanın əsas elementlərindən biri olan türk lirəsinin real bahalaşması prosesinə töhfə verməyə davam edəcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
2 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
3 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















