Türkiyə iki ay ərzində 29 ölkəyə, o cümlədən Azərbaycana bal tədarük edib
Türkiyədən tədarük olunan böyük həcmli bal partiyaları ilin əvvəlindən dünyanın 29 ölkəsinə, o cümlədən Azərbaycana çatdırılıb.
Bu barədə Türkiyənin Şərqi Qara Dəniz İxracatçıları Birliyinin İdarə Heyətinin rəhbəri Saffet Kalyoncu məlumat verib.
Onun sözlərinə görə, 2024-cü ilin yanvar-fevral aylarında Türkiyə balı dünyanın 29 ölkəsinə ixrac olunub. “İlk iki ayda xaricə 1256 ton bal göndərilib ki, bu da ölkəyə 5 milyon 179 min 996 dollar gəlir gətirib” - S.Kalyoncu deyib.
Birliyin rəhbəri qeyd edib ki, türk bal istehsalçıları üçün ən böyük bazarlar ABŞ, Almaniya və Böyük Britaniyadır. “ABŞ-a bal ixracı ölkəyə 1 milyon 944 min 149 dollar gəlir gətirib. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə Azərbaycan, Kanada, Oman, Malayziya, Şimali Makedoniya, Venesuelaya da bal tədarükü həyata keçirilib”.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
2 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
3 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























