Bu gün FED faiz qərarını açıqlayacaq - NƏ GÖZLƏNİLİR?
Bu gün Bakı vaxtı ilə saat 22:00-da ABŞ Mərkəzi Bankı (Federal Ehtiyat Sistemi, FED) faiz qərarını açıqlayacaq.
Marja.az xəbər verir ki, Mərkəzi Bankın faiz dərəcələrini dəyişməz saxlayacağı gözlənilir. Ancaq potensial faiz endirimləri ilə bağlı hər hansı siqnallar, xüsusən də saat 22:30-da başlayacaq FED sədri Jerome Powell-ın mətbuat konfransında verəcəyi mesajlar diqqətlə izlənəcək.
Treyderlər, son iki ayda inflyasiyanın gözləniləndən daha "isti" olduğunu nəzərə alaraq, mərkəzi bankın potensial olaraq "şahin" meylindən qorxurlar.
Federal Ehtiyat Sisteminin 2024-cü ilin mart ayında keçiriləcək iclasında da faizlərini 23 ilin ən yüksək səviyyəsində: 5.25%-5.5% aralığında sabit saxlayacağı gözlənilir, çünki siyasətçilər faizləri azaltmağı nəzərdən keçirməzdən əvvəl inflyasiyanın 2% səviyyəsinə doğru düşməsinin davamlı bir yolda olduğuna əmin olmaq istəyirlər. Dekabrdakı son proqnozlar 2024-cü ilin sonuna qədər faiz endirimini göstərib. Bu arada, ABŞ-da illik inflyasiya fevralda gözlənilmədən 3,1%-dən 3,2%-ə yüksəlib. İndi inflyasiyanı hədəfə qaytarmaq çətinləşir, xidmət inflyasiyası inadkar olmaqda qalır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
3 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























