143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Müdafiə Nazirliyi ilə müqavilə əsasında işləyən İlqar Naftəliyev bildirib ki, Müdafiə Nazirliyi üçün qol və yaxa nişanları hazırlayıb.
Hakimin sualını cavablandıran şahid deyib ki, təqsirləndirilən şəxslərdən Nizami Məmmədovu tanıyır, hətta onunla telefonla danışıb və görüşüb:
“Nazirlik tərəfindən ödənişlər gecikirdi. Mənə dedilər ki, gecikmələrlə bağlı məsələni nazirliyə dedirtdirmək lazımdır. Mən də Nizami müəllimi tapıb danışdım".
Dövlət ittihamçısının suallarını cavablandıran şahid deyib ki, onun işlərini konsaltinq şirkətinin rəhbəri olan Vüqar adlı şəxslə görüb:
“Dedilər gördüyün işin keyfiyyəti bizi qane edir, ancaq müqavilə bağlamaq üçün şirkətin olmalıdır. Ondan sonra Vüqar müəllim mənim üçün şirkət açdı. Müqavilə əsasında olan pullar bank hesabına ödənilirdi. Pulları kartdan Vüqar müəllim götürürdü”.
Şahidin ifadəsində ziddiyyətli məqamlar olduğu üçün onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunub.
Sənədlərdə qeyd olunub ki, şirkət bir neçə il ərzində Müdafiə Nazirliyi ilə 1 milyon 31 min manatlıq müqavilə bağlayıb. Onun da 52 min manatını hissə-hissə olmaqla Müdafiə Nazirliyi Maliyyə Büdcə İdarəsinin mühasibi olan Akif Umudova çatdırıb.
Şahidin ibtidai istintaqda verdiyi ilkin ifadəsi elan olunduqdan sonra İlqar Naftəliyev danışıqları Nizami Məmmədovla yox, Akif Umudovla apardığı deyib.
Şahid ilk dəfə məhkəmədə iştirak etdiyi üçün həyəcanlı olduğunu, baş vermiş müxtəlif prosesləri düzgün danışmadığını etiraf edib: "Bağışlayın, prosesin əvvəlindən səhv danışdım. Akif Umudov məndən aldığı pulu kimə verəcəyini mənə heç vaxt deməyib. Nizami müəllimdən də üzr istəyirəm".
Prosesdə şahid qismində qazanxanaların təmiri və bərpası ilə məşğul olan şirkət rəhbəri Elnur Məmmədov dindirilib.
O bildirib ki, nazirliklə tanışı olan şirkət rəhbəri Əlövsət Orucov vasitəsi ilə işləyib:
“Əlövsətlə söhbət zamanı dedi ki, ümumi məbləğin 8-10 faizini geri qaytarmalıyıq. Faizləri Əlövsət Orucova qaytarırdım. Müqaviləni Müdafiə Nazirliyinin Mənzil İstismar Sahəsi ilə bağlayırdıq. Orada bir neçə dəfə Rəhim Laçınovu görmüşəm. Maliyyə və Büdcə İdarəsi ilə müqavilə bağlamamışıq, mənim ümumiyyətlə onlarla heç bir əlaqəm olmayıb”.
Şahidin ibtidai istintaqa verdiyi ifadədən məlum olub ki, illər ərzində faiz kimi 236 min manat onlara pul qaytarıb.
Prosesdə iş üzrə şahid olan və dindirilməyən iki mülki şəxs barəsində məcburi gətirilmə qərarı çıxarılıb.
3 nəfər hərbiçi barəsində isə Müdafiə Nazirliyinin rəhbərliyinə məktub göndərilməsi ilə bağlı qərar verilib.
Proses mayın 17-də davam etdiriləcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
36 d. əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüş olub, geniş tərkibdə görüş başlayıb
-
49 d. əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar























