Tekstil müəssisəsinin qurulması və 400-dən çox iş yerinin yaradılması hədəflənir
Qubada təşkil edilən 2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumunda ölkələrimizin bölgələrinin iqtisadi potensialı və tərəfdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub, ikitərəfli sənədlər imzalanıb, B2B formatda görüşlər olub.Qubada 2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, dövlət başçılarının siyasi iradəsi və birgə səyləri ölkələr arasındakı strateji tərəfdaşlıq əlaqələrinin təməlini təşkil edir. Özbəkistanla qarşılıqlı münasibətlərdə iqtisadi-ticarət əməkdaşlığı mühüm rol oynayır. İnvestisiya üzrə işbirliyi inkişaf edir.
Nizamnamə kapitalı 500 milyon dollar olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti Azərbaycanda və Özbəkistanda, eləcə də üçüncü ölkələrdə investisiya layihələrinin gerçəkləşdirilməsinə hesablanıb. Qardaş ölkənin sərmayəsi ilə işğaldan azad olunmuş ərazidə tekstil müəssisəsinin qurulması və ilkin mərhələdə 400-dən çox iş yerinin yaradılması hədəflənir. Bundan əlavə, sənayenin bir sıra istiqamətləri, eləcə də nəqliyyat-logistika üzrə işbirliyinin möhkəmləndirilməsi üçün münbit şərait var. Özbəkistanla, həmçinin enerji, kənd təsərrüfatı, turizm, kiçik və orta sahibkarlıq, səhiyyə və yükdaşımalar kimi sektorlarda əhatəli əməkdaşlıq gündəliyi hazırlanıb. Bildirilib ki, Özbəkistan və Azərbaycan regionları arasında əlaqələrin intensivləşməsi qarşılıqlı faydalı tərəfdaşlığımızın inkişafına təkan verəcəkdir.
Biznes forumda Azərbaycanın investisiya potensialı, sərmayədarlar üçün yaradılan imkanlar, işğaldan azad edilmiş ərazilərimizdə nəqliyyat, rabitə və infrastruktur layihələri barədə məlumat verilib, həmçinin özbəkistanlı həmkarlar ölkəmizdə keçiriləcək COP29-da iştiraka dəvət olunub.
Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov yüksək səviyyəli Azərbaycan-Özbəkistan münasibətlərinə, ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığının güclənməsinə önəm verdiyini vurğulayıb. Qeyd edilib ki, ölkələrimizin regionları arasında əlaqələrin möhkəmləndirilməsi üçün imkanlar genişdir. Regionlararası forum birgə təşəbbüslər üçün mühüm platformadır, ölkələrimizin biznes subyektləri bu təşəbbüslərdə fəal olmalıdırlar.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov azad edilmiş rayonlarda həyata keçirilən quruculuq layihələrindən, Özbəkistanla əməkdaşlıq əlaqələrinin inkişafı perspektivlərindən danışıb.
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizin işgüzar mühiti, investisiya imkanları, Özbəkistanla nəzərdə tutulan əməkdaşlıq tədbirləri, işgüzar dairələr üçün potensial birgə fəaliyyət istiqamətləri barədə çıxış ediblər.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Daşkənd şəhəri hakiminin müavini Zafarxuja Tursunov, Buxara vilayəti hakiminin müavini Rizo Asadov, Sırdərya vilayəti hakiminin müavini Şoxrux İsakulov təmsil etdikləri inzibati ərazi vahidlərinin iqtisadi potensialı, həyata keçirilən layihələr barədə məlumat verib, əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüblər.
Forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfərinin iqtisadi hissəsinin hazırlanmasına dair Yol Xəritəsi, həmçinin Azərbaycan və Özbəkistan arasında Füzuli və Gülüstan, Biləsuvar və Termez, Mingəçevir və Namanqan şəhərlərinin qardaşlaşması barədə sazişlər imzalanıb. Sənədlərin icrasının xalqlarımızın həmrəylik ruhunda yaxınlaşması və birbaşa əlaqələrin gücləndirilməsi üçün yeni perspektivlər açacağı vurğulanıb.
Tədbir çərçivəsində “B2B” formatda görüşlər keçirilib.
Forum çərçivəsində Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 4-cü iclası keçirilib. Tədbirdə əvvəlki iclaslar zamanı müəyyənləşdirilmiş tapşırıqlar üzrə görülmüş işlər, eləcə də iki ölkənin işgüzar dairələri arasında əlaqələrin gücləndirilməsi imkanları dəyərləndirilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov Xaçmazda yerləşən Qafqaz Konserv Zavodunun və “AzərXalça”nın Şabrandakı emalatxanasının fəaliyyəti ilə tanış olublar. Yüngül sənaye və emal sənayesi sahələrində qabaqcıl tərcübələrin tətbiqi və birgə istehsal müəssisələri qurmaq imkanları müzakirə olunub.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
24 d. əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
-
3 saat əvvəl
Könüllü sığorta bazarı 13 %-dən çox, icbari sığorta bazarı 7 % böyüyüb
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
Ağdamda 2-ci yaşayış kompleksinin açılışı oldu
Putin Əliyevə zəng edib
Türkiyəyə gələn xarici turistlərin sayı 50 milyonu keçib
Azərbaycanın sığorta bazarı 12 %-ə yaxın böyüyüb
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
Azot gübrəsi ixracında böyük artım





















