2016-da Azərbaycanda ən çox alınmış avtomobillər
Ötən il Azərbaycanda ən çox dövlət qeydiyyatına alınmış minik avtomobili markaları məlum olub. Rəqəmlər ən çox hansı markalı minik avtomobillərinin satıldığı barədə də ipucu verir.
“Marja”nın rəsmi statistikadan topladığı məlumata görə, ötən il 1347 ədəd minik avtomobili qeydiyyatdan çıxıb, 8734 ədəd minik avtomobili qeydiyyata alınıb. Nətcədə, Azərbaycanın minik avtomobili parkı 7387 ədəd artaraq 1 milyon 136 min 983 ədədə çatıb.
Ötən il ən çox Vaz markalı avtomobil alınıb. Belə ki, 2016-da 1460 ədəd Vaz dövlət qeydiyatına alınıb. Onlardan 1441 ədədi Vaz 2121 (Niva) modelidir.
İŞDƏN SONRA İNŞAAT VƏ SƏNAYE MƏHSULLARINA ENDİRİM!
Ən çox qeydiyyata alınmış avtomobil markaları ardıcıllığında ikinci sırada Mercedes (681 ədəd), üçüncü sırada Hyundai (668), dördüncü sırada Toyota (505 ədəd), beşinci sırada KİA (457), altıncı sırada Ford (329 ədəd), yeddinci sırada Chevrolet (324 ədəd), səkkizinci sırada Lexus (300 ədəd), doqquzuncu sırada Land Rover (163 ədəd), onuncu sırada isə Mazda (159) gəlir. BMW ilk 10-luğa daxil ola bilməyib.
“Digər xarici minik avtomobilləri” adı ilə verilən markalar üzrə qeydiyyata alınmış avtomobillərin sayı isə 1490 ədəd artıb. Bu markaların əksəriyyəti Çin markalarıdır.
Azərbaycana xaricdən ikinci əl Mercedes-lər çox gətirilir. Ehtimal ki, Azərbaycanda ilkin bazarda (yeni) ən çox Vaz, Hyundai və Çin avtomobilləri satılıb.
2016-cı ilin sonuna Azərbaycanda cəmi nəqliyyat vasitələrinin sayı 1 milyon 330 min 551 ədəd təşkil edib. 2015-ci ilin sonu ilə müqayisədə nəqliyyat vasitələrinin sayı 7941 ədəd artıb. Cəmi avtomobillərin 1 milyon 136 min 983 ədədini minki avtomobilləri təşkil edib.
Azərbaycanda ən çox Vaz markalı avtomobillər sürülür. Növbəti yerlərdə Mercedes, Hyundai, Qaz, Toyota, Opel, Nissan, Kia, BMW Mitsubishi, Wolkswagen və digər markalar gəlir.
Azərbaycanda hər 1000 nəfərə 138 avtomobil və 118 minik avtomobili düşür.
Avtomobillərin markalar üzrə bölgüsü
| 2015 | 2016 | Azalmış/Artmış |
Cəmi | 1 129 596 | 1 136 983 | 7387 |
Zaporojests və modif, | 6 051 | 5 944 | -107 |
Oka-111 | 2 080 | 2 078 | -2 |
Tavriya | 587 | 692 | 105 |
Vaz-2101, 03-06 | 201 032 | 200 777 | -255 |
Vaz-2102, 2104 və modif. | 14 940 | 14 922 | -18 |
Vaz-2108, 2109 və modif. | 24 747 | 24 515 | -232 |
Vaz-2105, 2107 və modif. | 127 792 | 127 811 | 19 |
Vaz-2121 və modif. | 37 060 | 38 501 | 1441 |
Moskviç və modif. | 25 298 | 25 170 | -128 |
Qaz-24 və modif. | 26 561 | 26 440 | -121 |
Qaz-3102 və modif. | 21 407 | 21 299 | -108 |
Uaz-469 və modif. | 2 760 | 2 439 | -321 |
Digər minik avtomaşınları (MDB) | 52 798 | 53 547 | 749 |
BMW | 24 945 | 25 095 | 150 |
Opel | 42 641 | 42 778 | 137 |
Mercedes | 192 685 | 193 366 | 681 |
Volkswagen | 20 045 | 20 178 | 133 |
Audi | 4 246 | 4 390 | 144 |
Ford | 8 218 | 8 547 | 329 |
Chevrolet | 11 365 | 11 689 | 324 |
Cadillac | 315 | 324 | 9 |
Buick | 80 | 80 | 0 |
Lincoln | 104 | 104 | 0 |
Chrysler | 14 | 3 | -11 |
Rover | 100 | 97 | -3 |
Oldsmobil | 15 | 15 | 0 |
Volvo | 1 092 | 1 111 | 9 |
Talbot | 22 | 22 | 0 |
Saab | 57 | 59 | 2 |
Reno | 4 678 | 4 800 | 122 |
Peugeot | 1 920 | 1 917 | -3 |
Sitroyen | 217 | 223 | 6 |
Toyota | 46 777 | 47 282 | 505 |
Mazda | 3 570 | 3 729 | 159 |
Suzuki | 813 | 821 | 8 |
Nissan | 32 525 | 32 674 | 149 |
Mitsubishi | 21 261 | 21 378 | 117 |
Honda | 5 364 | 5 414 | 50 |
Subaru | 2 054 | 2 071 | 17 |
Datsun | 26 | 26 | 0 |
Dayxatsu | 223 | 222 | -1 |
Alfa Romeo | 203 | 202 | -1 |
Fiat | 4 248 | 4 336 | 88 |
Daewoo | 10 719 | 10 793 | 74 |
KIA | 30 745 | 31 202 | 457 |
Skoda | 910 | 927 | 17 |
Tatra | 1 | 1 | 0 |
Tofaş | 6 317 | 6 276 | -41 |
Hyundai | 61 477 | 62 145 | 668 |
Jaguar | 237 | 242 | 5 |
Asiya | 23 | 23 | 0 |
CHERY | 2 309 | 2 333 | 24 |
LANDROVER | 5 321 | 5 484 | 163 |
İnfiniti | 1 762 | 1 782 | 20 |
Lexus | 8 665 | 8 965 | 300 |
Azsamand | 3 386 | 3 381 | -5 |
Porsche | 1 671 | 1 734 | 63 |
Digər xarici minik avtomobilləri | 23 117 | 24 607 | 1490 |
Nəqliyyat vasitələrinin sayı
| 2015 | 2016 |
Cəmi | 1 322 610 | 1 330 551 |
minik avtomobilləri | 1 129 596 | 1 136 983 |
şəxsi minik avtomobilləri | 1 074 965 | 1 082 597 |
avtobuslar | 31 057 | 30 958 |
yük avtomobilləri | 141 273 | 141 525 |
xüsusi təyinatlı avtomobillər | 11 063 | 11 158 |
digərləri | 9 621 | 9 927 |
Motosikllər | 3 215 | 3 290 |
Qoşqu və yarımqoşqular | 13 744 | 13 971 |
Hər 1000 nəfərə avtomobillər | 139 | 138 |
Hər 1 km şosse yollarına düşən avtomobillər | 70 | 70 |
Hər 1000 nəfərə düşən minik avtomobilləri | 119 | 118 |
Hər 100 ailəyə düşən şəxsi minik avtomobilləri | 52 | 52 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
50 d. əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
1 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
1 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
1 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
3 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
3 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
4 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®





















