Satışı zəif olan şirkətləri sevindirəcək xəbər – BU, BİR FÜRSƏTDİR
Şirkətlərin satış üzrə əməkdaşları bu fürsəti qaçırmasın – Peşəkar təlimçi Bakıya gəlir. Peşəkar təlimçini dinlə, satışını dəfələrlə artır.(®) 08 iyun 2024-cü il tarixində, Bakıda “HBN Academy”nin təşkilatçılığı ilə tanınmış təlimçi Ercan Telci tərəfindən “Satışda peşəkarlaşmaq və satışları artırmaq üçün məsləhətlər” mövzusunda təlim keçiriləcək.
Korporativ satış və marketinq üzrə təlimçi, “Satış Hikməti” kitabının müəllifi və Türkiyənin “Ən yaxşı satış təlimçisi” mükafatı ilə təltif olunmuş Ercan Telcinin satış sahəsində 40 ilə yaxın, təlimdə isə 14 illik təcrübəsi var. O, 400-dən çox böyük şirkət üçün korporativ satış və motivasiya təlimləri təşkil edib.
“Satışda peşəkarlaşmaq və satışları artırmaq üçün məsləhətlər” təlimi sahibkarlar, şirkət rəhbərləri, şirkətlərin satış üzrə əməkdaşları, inandırmaq qabiliyyətindən əmin olmayanlar, satışın müəyyən mərhələlərində çətinlik çəkənlər, satış və marketinq bacarıqlarını genişləndirmək istəyən hər kəs üçün nəzərdə tutulub.
Təlim proqramı “Müştəri kimdir?”, “Müştərinin şüuraltı kodlarına və düşüncəsinə nüfuzetmə”, “Fizioloji və psixoloji satış”, “Müştərilərin satınalma qərarlarına təsir edən amillər”, “Etirazları və qiymət etirazlarını necə idarə etməliyik?” və “Effektiv nitqin 3 sehrli texnikası” mövzularından ibarətdir.
Təlim müxtəlif interaktiv metodları (rol oyunları, qrup çalışmaları, tematik testlər, təlim çarxları, debatlar və s) özündə cəmləşdirən intensiv dərslərdən ibarət olacaqdır. Təlim zamanı iştirakçılar bu sahədəki real vəziyyəti təhlil edəcək, mövcud bacarıq və təcrübələrini nümayiş etdirəcək, yeni bilik və onların tətbiqi üsullarını öyrənəcəklər.
Həyatınızı dəyişdirmək, satışınızı artırmaq, bir məhsul və ya xidməti satmağın ən asan yolunun nə olduğunu öyrənmək istəyirsinizsə, bu fürsəti qaçırmayın.
8 İyun 2024-cü il tarixində (şənbə günü) Bakıda Heydər Əliyev prospekti 152 ünvanında yerləşən “Çinar Plaza”nın konfrans zalında keçiriləcək təlim 5 saat davam edəcək (saat 09:00 – 14:00). Təlimdə iştirak edənlərə sertifikat təqdim olunacaq. Təlimin qiyməti yerlərdən asılı olaraq 60 manat, 80 manat və 120 manatdır.
Təlim haqqında daha ətraflı burada oxuya bilərsiniz.
Əlaqə: (+994) 77 209 37 37
Mail: [email protected]
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
28 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























