Fiksə məzənnə və iqtisadi siyasət – bəzi Ərəb ölkələrinin təcrübəsi nə deyir?

Məlumdur ki, neft-qaz resursları ilə zəngin Ərəb ölkələrinin bir çoxunda, məsələn, Qətər, BƏƏ, S. Ərəbistanda milli valyutanın məzənnəsi ABŞ dollarına nəzərən uzun müddətdir ki, fiksədir, yəni müəyyən kiçik volatilliyə baxmayaraq eyni səviyyədə sabitdir. Əlbəttə məzənnə tək başına iqtisadi indikator deyil, bu həm də çox ciddi psixoloji, sosial və hətta siyasi bir göstəricidir. O baxımdan məzənnə rejimi seçimlərində ölkələrin fiksə məzənnədə qalmaları tam başa düşüləndir. BVF-nin son hesablamalarına əsasən ötən on ildə fiksə məzənnə rejimində (hard və soft peg birlikdə) olan ölkələrin ümumi ölkələrdəki payı 56%-dən 60%-ə yüksəlmişdir. Başqa bir ifadə ilə hazırda dünyada hər 10 ölkədən altısı “peg” məzənnə rejimindədir.
İstənilən məzənnə rejimi kimi fiksə məzənnə rejiminin də özünəxas müsbət və mənfi tərəfləri var. Burada üzərində durmaq istənilən məqam “peg” məzənnə və rəqabətlik dilemmasının balanslaşdırılmasıdır. Daha konkret desək, bir ölkənin milli valyutası ABŞ dollarına qarşı dəyər itirirsə digəri isə sabit qalırsa bu zaman ceteris-paribus halında sabit qalan ölkənin ixrac məhsulları bahalaşır və nəticədə ölkənin rəqabətliyi zəifləyir. Əlbəttə iqtisad-riyazi baxımdan hesablama belə sadə olmur, burada ölkələr arasında inflyasiya fərqləri, bəzi hallarda əmək xərci, ticarətdə ölkələrin payları və s. nəzərə alınır. Əlavə olaraq ucuz məzənnənin rəqabətliyə uzun müddətdə təsirinə dair geniş araşdırma ədəbiyyatı da mövcuddur. Sadəcə burada belə konkret məqamları kənara qoyub ana suala yönəlmək istənilir. Fiksə məzənnə bu və ya digər amillər nəzərə alındıqda yegane seçimdirsə, belə bir iqtisadi “set-up”-da rəqabətlik necə təmin oluna bilər? Makroiqtisadi siyasət necə formalaşdırıla bilər ki, “peg” rejimin səbəb olduğu potensial rəqabətlik məsələləri ortadan qaldırılsın?
Yuxarıda adları sadalanan bəzi ölkələr bu makroiqtisadi məsələni miqrasiya hesabına ciddi idarə edə bilirlər. Belə ki, bu ölkələrdə iqtisadiyyatın həcmi və demoqrafik struktur böyük miqrant kütləsinə ehtiyac yaradır. Ehtiyacın əsasən aşağı gəlirli ölkələrdən təmin edildiyini nəzərə aldıqda iqtisadiyyatın rəqabətli işçi xərci ilə necə dəstəkləndiyini təsəvvür etmək çətin deyil. Miqrant miqyası həqiqətən də böyükdür, belə ki, Qətərdə miqrantlar ümumi məşğul əhalinin 95%-ni, S. Ərəbistanda isə 75%-i təşkil edir. Bütövlükdə baxdıqda miqrantların ümumi məşğulluqda böyük payı, onların əsasən aşağı gəlirli ölkələrdən cəlbi, iqtisadi siyasətin bu strateji xəttə adaptasiyası iqtisadiyyata ciddi rəqabətlik qazandırmışdır. Nəzərə almaq lazımdır ki, əmək haqqı xərci iqtisadi agentlərin ümumi xərc strukturunda ən böyük paya malik xərc maddələrindən biridir. Müqayisə üçün, Azərbaycanda qeyri-neft sektorunda əmək ödənişləri qeyri-neft ÜDM-nin 36%-ə bərabərdir. Beləliklə bununla əlaqədar istənilən addım, yəni iqtisadiyyatın aşağı əmək xərci ilə dəstəklənməsi təşəbbüsləri, ümumi rəqabətlik baxımından ciddi üstünlük qazandırır. Ona görə də təsadüfi deyil ki, Qətərdə ötən on il ərzində ölkə üzrə orta aylıq əmək haqqı nominal ifadədə təqribən 15%, real ifadədə isə cəmi 2% artmışdır. Təəssüf ki, ictimaiyyətə açıq mövcud statistik məlumatlar kifayət etmir, amma çox yüksək ehtimallıdır ki, miqrant seqmentində real əmək haqqı artmır, əksinə real ifadədə azalır. Oxşar dinamika digər baxılan ölkə nümunələrində də keçərlidir.
İqtisadiyyatda əmək haqqı xərcinin bu şəkildə adekvat idarə olunması ölkələrə ticarət tərəfdaşları ilə müqayisədə məhsul və xidmətləri daha ucuz təklif etmək və sonda rəqabətli olma imkanını qazandırır. Beləliklə iqtisadi siyasət tam aydın olur. Bir tərəfdən ölkə “fiksə” məzənnə rejimində qalır, bu ölkəyə iqtisadi sabitlik qazandırır və davamlı iqtisadi artımın təmin edilməsinə töhfə verir. Digər tərəfdən isə sabit məzənnəyə görə pisləşən ticarət mövqeləri müqayisədə daha aşağı əmək xərci hesabına kompensasiya edilir.
Elman Eminov, iqtisadçı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 3 gün sonra
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 3 gün sonra
-
7 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Xsolla” şirkətinin prezidenti ilə görüşüb
-
7 saat əvvəl
Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı
- 7 saat əvvəl
-
7 saat əvvəl
“SOCAR Trading” vasitəsilə ABŞ-yə LNG ticarəti nəzərdən keçirilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar
- 8 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı


“Azərsun Holdinq” “YAŞAT” Fondunun layihəsinə dəstək verib

Azərbaycanda daha çox ət, süd, yumurta və yağlar bahalaşıb

Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

Tramp Avropa İttifaqını Hindistan və Çinə qarşı 100%-lik rüsumlar tətbiq etməyə çağırıb

Maliyyə savadlılığı hər yaşda önəmlidir – Bank of Baku-dan təlim

"Muzdlu işçilərin sayı az olduqca, vergilərin, sosial sığortanın yığılmasında problemlərimiz olacaq"
