Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən ABŞ-da statistik məlumatların dərc olunması fonunda dollar major valyutalar qarşısında ucuzlaşmağa davam edib. Bekə ki, ölkədə Pərakəndə Satış Dövriyyəsinin Həcmi may ayı ilə müqayisədə iyun ayında dəyişməyib. Lakin, ABŞ-da idxal və ixrac indeksləri proqnozların altında açıqlanıb.
Eləcə də, Avropa İqtisadi Araşdırmalar Mərkəzinin (ZEW) hesabatına əsasən, Almaniyada İqtisadi İnkişaf Proqnozu İndeksi iyun ayında 47.5 bənddən 41.8 bəndədək azalıb. Almaniyada Cari Vəziyyət İndeksi isə -73.8 bənddən -68.9 bəndədək yüksəlib. Həmçinin təşkilatın verdiyi məlumata əsasən, Avrozonada İqtisadi İnkişaf Proqnozu İndeksi 51.3 bənddən 43.7 bəndədək enib, Cari Vəziyyət İndeksi isə -38.6 bənddən -36.1 bəndədək yüksəlib.
Çərşənbə günü səhər Çində neftə olan tələbin azalması ehtimalları fonunda beynəlxalq birjalarda "qara qızıl"-ın qiyməti ucuzlaşıb. ”Brent” markalı neftin sentyabr ayı üzrə fyuçerslərinin qiyməti 0.14% ucuzlaşaraq bir barrel üçün 83.62$, “WTI” markalı neftin sentyabr ayı üzrə fyuçerslərinin qiyməti isə 0.11% ucuzlaşaraq 79.62$ təşkil edib.
Çin ən böyük neft idxalçısıdır, ona görə də investorlar ölkə iqtisadiyyatı ilə bağlı son məlumatları qiymətləndirirlər. Bundan əlavə, bu həftə ərzində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin 20-ci çağırış III Plenumu keçirilir və bu görüşdə ÇXR-in sosial-iqtisadi inkişafının gələcək istiqamətləri müəyyən ediləcək.
Bugün bazar iştirakçıları Avrozonada və Böyük Britaniyada dərc olunacaq inflyasiya göstəricilərini diqqətlə izləyəcəklər. Analitiklər hesab edirlər ki, Avrozonada illik inflyasiya, yekun hesablamaya görə, 2.6%-dən 2.5%-ə enib. Rəsmi məlumatı “Eurostat” statistika agentliyi çərşənbə günü, iyulun 17-də, Bakı vaxtı ilə saat 13:00-da dərc edəcək.
Həmçinin Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) ölkədə istehlak qiymətlərinin dinamikası haqqında məlumatları açıqlayacaq. Ekspertlər iyunda illik inflyasiyanın 2%-dən 1.9%-ə qədər yavaşladığını ehtimal edirlər.
Əlavə olaraq ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) ötən ay üzrə ölkədə sənaye istehsalı ilə bağlı dərc edəcək məlumatları qeyd edə bilərik. Analitiklərin proqnozlarına görə, aylıq ifadədə bu göstərici may ayı ilə müqayisədə 0.3% artıb.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
2 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
-
2 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
-
3 saat əvvəl
İnvestorlara 15% gəlirlilik təklif olunur – Yerləşdirmə oktyabrın 2-də
-
3 saat əvvəl
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
-
4 saat əvvəl
Müctəba Xamenei: Tezliklə Ərəb dənizi də "düşmən qüvvələri"ndən təmizlənəcək
-
4 saat əvvəl
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
Ən çox oxunanlar
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®























