"Faiz dərəcələrini endirmək vaxtı yaxınlaşır"
ABŞ Federal Ehtiyat Sisteminin (FED) İdarə Heyətinin üzvü Kristofer Uoller (Christopher Waller) bankın faiz dərəcələrini endirməyə başlaması vaxtının “yaxınlaşdığını” bildirib.
Marja.az-ın məlumatına görə, Uoller bildirib ki, son bir neçə ay ərzində əldə olunan məlumatlar iqtisadiyyatın daha mülayim templə böyüdüyünü, işçi qüvvəsi tələbi və təklifinin tarazlaşdırıldığını, inflyasiyanın başlanğıcı ilə müqayisədə yavaşladığını göstərir.
Mövcud məlumatların iqtisadiyyatda "yumşaq eniş"in təmin edilməsi ilə uyğun olduğuna diqqət çəkən Uoller, önümüzdəki bir neçə ayda məlumatların bu fikri dəstəkləyəcəyini gözlədiyini bildirib.
Uoller, "Son məqsədimizə çatdığımıza inanmasam da, faiz dərəcələrinin azaldılmasının zəruri olduğu vaxta yaxınlaşdığımıza inanıram" deyib.
Kristofer Uoller qeyd edib ki, o, inflyasiyanın davamlı şəkildə aşağı düşdüyünə dair “daha çox sübut” görmək istəyir.
Digər tərəfdən, Fed-in Nyu York bölməsinin rəhbəri Con Uilyams "The Wall Street Journal"a verdiyi müsahibədə bildirib ki, son üç aylıq inflyasiya məlumatları əmək bazarı şərtlərinin tədricən "soyuduğuna" dair əlamətlər ilə birlikdə Fed-i “dezinflyasiya tendensiyasına daha da yaxınlaşdırıb".
"Bunlar müsbət əlamətlərdir. İnflyasiyanın 2 faizlik hədəfimizə doğru davamlı şəkildə aşağı düşdüyünə daha çox inam qazanmaq üçün daha çox məlumat görmək istərdim", -Uilyams bildirmişdi.
Fed Bej Kitab hesabatı: Bəzi ştatda iqtisadi aktivlik azalıb
FED, Amerika iqtisadiyyatında mövcud vəziyyətin qiymətləndirilməsini ehtiva edən "Bej Kitab" (Beige Book) hesabatının iyul buraxılışını dərc edib.
Hesabatda istehlakçıların yalnız zəruri məhsullara müraciət etdiyi üçün qiymət artımlarının mülayim olduğu bildirilib.
Məşğulluğun da mülayim bir artım qeyd etdiyi vurğulanan hesabatda, 5 ştatda iqtisadi aktivliyin sabit qaldığı və ya azaldığı bildirilib.
"İqtisadiyyatın gələcəyi ilə bağlı gözləntilər qarşıdan gələn seçkilərlə bağlı qeyri-müəyyənlik, daxili siyasət, geosiyasi qarşıdurmalar və inflyasiya səbəbindən növbəti 6 ayda artımın daha yavaş olacağı idi", - deyə hesabatda qeyd olunub.
Hesabatda inflyasiyanın mülayim olduğu bildirilib, əksər ştatlarda xərclərin sabitləşməyə başladığı qeyd olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























