“AzerGold” Şərqi Zəngəzurda daha bir sahəsdə qızıl, xrom və civə axtarışına başlayıb
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən “Şorbulaq” filiz təzahürləri sahəsində axtarış-qiymətləndirmə işlərinə başlayıb. Məqsəd mövcud təzahürlərin ilkin ehtiyatlarının qiymətləndirilməsidir.
Marja.az xəbər verir ki, Səhmdar Cəmiyyətin axtarış-kəşfiyyat proqramına əsasən, burada ilkin mərhələdə kameral qiymətləndirmə və məsafədən tədqiqat işləri aparılıb. Perspektivli zonaların qısa vaxtda müəyyənləşdirilməsi, yüksək vəsait tələb edən buruqqazma işlərinə qənaət edilməsi məqsədilə tədqiqatlarda qeyri-invaziv axtarış metodlarından olan hiperspektral peyk çəkilişlərindən istifadə edilir. Paralel olaraq arxiv geoloji materialların toplanması, sistemləşdirilməsi, rəqəmsallaşdırılması işləri də icra olunub. Cari il ərzində davam edəcək genişmiqyaslı axtarış-qiymətləndirmə işlərinin nəticəsinə uyğun olaraq növbəti tədqiqat mərhələsinə keçid, sahədə buruqqazma işləri ilə bağlı müvafiq qərarlar qəbul ediləcəkdir.
Qeyd edək ki, “Şorbulaq” təzahür sahəsi Kəlbəcər rayonunda, Tərtərçayın sol qolu olan Levçay çayının hövzəsində yerləşir. Təzahür sahəsində qızıl, xrom və civə metallarının olduğu proqnozlaşdırılır. Təzahür sahəsi 1958-ci ildə kəşf edilib.
Xatırladaq ki, “AzerGold” QSC tərəfindən geoloji tədqiqatlar hazırda bir neçə istiqamət üzrə aparılır. QSC-nin idarəetməsinə verilən filiz sahələri ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə ölkə ərazisində ümumi geoloji axtarış işlərinin icrası davam etdirilir. Həmçinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq QSC tərəfindən mineral xammal ehtiyatlarının monitorinqi, təftişi, axtarışı, qiymətləndirilməsi kimi vacib tapşırıqlar icra edilməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
3 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
4 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
4 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
6 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
6 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
7 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
7 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®























