Qoruq İdarəsinə sədr təyin etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinə sədr təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, bu vəzifəyə Əsgər Əyyub oğlu Ələkbərov təyin edilib.
Əsgər Ələkbərov 13 iyun 1975-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun İdarəetmə fakültəsini bitirib.
1994-1996-ci illərdə Azərbaycan Beynəlxalq Bankında beynəlxalq əlaqələr üzrə baş mütəxəssis vəzifəsində çalışıb.
1996-2002-ci illərdə “HSBC Bank Middle East” Bakı ofisində xəzinədarlığıın müdiri və əməliyyat şöbəsinin müdiri vəzifələrində çalışıb.
2002-ci ildə “LFS Financial Systems GmbH” şirkətində və Asiya İnkişaf Bankının Bakı ofisində məsləhətçi vəzifəsində çalışıb.
2003-2009-cu illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyidə Milli Koordinasiya Bürosunun icraçı direktoru və Xarici İnvestisiyaların və Yardımların Əlaqələndirilməsi şöbəsinin müdiri vəzifələrində çalışıb.
2009-2010-cu illərdə “Merkuri Konsaltinq” şirkətində müdir müavini vəzifəsində çalışıb.
2010-2012-ci illərdə “CİFAL GROUPE” şirkətinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.
2012-2016-cı illərdə “Qala Həyat” SŞ ASC-nin İdarə Heyətinin sədri çalışıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























