Türkiyənin sürətlə böyüyən ödəniş təşkilatı Azərbaycan bazarına daxil olacaq
Türkiyənin ən sürətlə böyüyən ödəniş təşkilatı "Sipay" Azərbaycan bazarına daxil olmağa hazırlaşır.
Marja.az-ın məlumatına görə, bunu şirkətin Baş direktoru Semih Muşabak bildirib.
Onun sözlərinə görə, finteç (FinTech) şirkəti olan "Sipay" 2025-ci ildə Türkiyə xaricinə çıxaraq Azərbaycan və Böyük Britaniya bazarlarına daxil olmağı planlaşdırır.
İstanbulda yerləşən "Sipay" şirkətinin nizamnamə kapitalının 100%-i Nezih Sipahioğluna məxsusdur. 2019-cu ildə yaradılmış "Sipay", 2023-cü ildə "Deloitte Technology Fast 50" reytinqində Türkiyənin ən sürətlə böyüyən "fintech" şirkəti olub.
"Sipay" bizneslər və fərdlər üçün ödəniş həlləri təklif edir. Şirkət rəqəmsal pul kisəsi infrastrukturu ilə kart və kartsız ödənişləri, pul köçürmələrini və bir çox alternativ maliyyə həllərini bir paneldə birləşdirib. "Sipay"in sürətli və etibarlı Virtual POS infrastrukturu və yeni nəsil fiziki POS-u ilə 24/7 əməliyyatlar aparmaq imkanı təqdim edir.
Uzun və çətin virtual POS tətbiqi proseslərindən fərqli olaraq, "Sipay" ilə bütün banklarla tək-tək müqavilə bağlamadan debet kartları və kredit kartları ilə 24 saat ərzində sərfəli tariflərlə ödənişləri qəbul etməyə başlaymaq mümkündür. Sipay Virtual POS-dan istifadə edən üzv şirkətlər bütün bankların kredit kartlarına taksitlə satış edə bilərlər.
Sayta inteqrasiya olunmuş “Sipay Pulqabı ilə Ödəniş” düyməsi ilə ödənişləri anında qəbul etmək mümkündür. Beləliklə, kredit kartı məlumatlarını paylaşmaq istəməyən müştərilərə rahatlıq və güvən təmin olunur. Onlayn satış edən, lakin hələ veb-saytı olmayan üzv bizneslər üçün hazırlanmış "Linklə Ödəniş" xidmətindən yararlanaraq, ödəniş linki yaradaraq bütün ödənişləri asanlıqla yığmaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 48 d. sonra
-
2 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 3 d. əvvəl
-
-
10 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
16 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
28 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 32 d. əvvəl
-
47 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
























