Məhsulların saxlanması və daşınması üçün avadanlıqlar
İnkişaf etməkdə olan ölkəmizdə hər gün yeni iş yerləri, istehsalat müəssəsələri və ticarət obyektləri fəaliyyətə başlayır.
Hər bir istehsalat və ticarət obyektində məhsulların saxlanması, daşınması və bu kimi anbar daxili işlərin görülməsi üçün avadanlıq ehtiyacı var. Avadalıq təmin edilməsi zamanı isə alıcılar aşağıdakı 3 məqama diqqət yetirməlidir.
-Keyfiyyət,
-Qiymət,
-Texniki Xidmət
Texniki qulluq göstərilmədiyi təqdirdə avadanlıqların tez sıradan çıxması hər kəsə məlumdur. Bu məqam xüsusi ilə Forklift, Özü Yeriyən Platformalar və Elektrikli transpaletlərdə ön plana çıxır.
Bu sahədə ölkəmizdə Universal PRO MMC şirkəti 2012-ci ildən etibarən Anbar avadanlıqları və Platformaların satışına, eyni ilə Qaldırıcı və Yükləyici texnikaların icarə, satış və servis xidmətləri sahəsində fəaliyyətə başlamışdır.
Şirkət, keyfiyyətli məhsul, uyğun qiymət və satış sonrası texniki dəstək verərək yuxarıda qeyd olunan əsas məqamlarda öz müştərilərinə ən uyğun təklifləri verir.
Şirkət daxilində bu sahə üçün xüsusi şöbə yaradılmış və mütəxəssislər cəlb edilmişdir.
Təklif olunan xidmətlər;
-Alıcıya uyğun avadanlıqların seçilməsi, doğru həllərin müəyyən edilməsi
-Texnika haqqında tam məlumatın verilməsi
-Texnikanın tam təhlükəsiz şəkildə əraziyə çatdırılması və sənədləşdirilməsi
-Texniki baxışın keçirilməsi və tam şəkildə istifadə qaydaları haqqında təlimlərin keçirilməsi
Satış Sonrası Texniki Dəstək;
-Diagnostika
-Elektrik hissələrinin təmiri
-Çilingər və boyama işləri
-Xüsusi cihazlar ilə texnikaların kalibrasiya edilməsi
Şirkət, bu sahədə Teupen, NiftyLift, NETLIFT, SkyJack, Red Rooster Lifting, Reta, Çağsan kimi dünyada tanınmış şirkətlər ilə əməkdaşlıq edir.
Məhsul portfeli;
-Transpaletlər,
-Qaldırıcı və yükləyici avadanlıqlar
-Nərdivan və Platformalar
-Çaraskal (mexaniki qaldırma zəncirləri)
-Sapanlar
Qeyd edək ki, Universal Pro MMC 1998-ci ildən başlayaraq İnşaat, Sənaye və Neft-Qaz sahəsində ciddi tədarük portfelinə sahib olmaqla yanaşı, Bosch, Magmaweld, Norton, Force, Beta, Klingspor, Çağsan, Neftlif kimi qlobal şirkətlərin Azərbaycandakı rəsmi nümayəndəlik fəaliyyətini həyata keçirir.
Şirkət, əsasən B2B (korporativ) formatında xidmət göstərir. Lakin, 2 min kvm sahəsi olan “Showroom” tipli mağazası bütün portfelin həm nümayiş etdirilməsinə, həm də fiziki şəxslərə satış edilməsinə imkan verir.
Ünvan: Ziya Bünyadov 2075, Nərimanov r-nu. (Baku Steel Company ilə üzbəüz)
Tel: +994 51 555 0 555
012 447 00 44
Müştərilərin xəbərləri
Dəyərli və təkrarolunmaz "Rolls-Royce Motor Cars Baku" "Bespoke" fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 4 d. əvvəl
- 9 d. əvvəl
- 21 d. əvvəl
-
42 d. əvvəl
Avropa bankı növbəti dəfə Bank Respublika-nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi
-
46 d. əvvəl
Ağ Şəhərdə endirim və bonus imkanı verən yeni kart hazırlanır
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Star4" "Marsol Expo 2026"da bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Avropa bankı növbəti dəfə Bank Respublika-nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi
ABB-dən İslam bankçılığı çərçivəsində yeni məhsul
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Qızılın qiyməti 4200 dollar/unsiyadan da aşağı düşdü
"Star4" "Marsol Expo 2026"da bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 3 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb



















