Girov götürülmüş iri müəssisə satıldı
"Azərbaycan Beynəlxalq Bankı"na kredit borcu olduğuna görə, girov götürülmüş və “Aqrarkredit” tərəfindən hərraca çıxarılmış “Bakı Fındıq Emalı” zavodu (BakFEM) satılıb.
“Marja” xəbər verir ki, artıq BakFEM barədə məlumat hərrac məqsədilə yaradılmış İnternet səhifəsində “satışda olan əmlaklar” bölməsindən çıxarılıb.
Müəssisəni, Beynəlxalq Bankın toksit aktivlərini iadrə edən "Aqrarkredit" İyul ayında 37 milyon 744 min manata hərraca çıxarmışdı. Elana görə, açıq hərrac 15 Avqust 2017-ci il tarixində keçiriləcəkdi. Lakin hərracın avqustun 21-də baş tutduğu bildirilir.
Qeyri-rəsmi məlumata görə, adı açıqlanmayan investor zavodu hərrac qiymətinə (37 milyon 744 nib manata) almağa razılaşıb.
Hazırda alqı-satqı müqaviləsinin imzalanması üçün danışıqlar gedir.
Satış şərtlərinə görə, hərracı udmuş şəxs alış qiymətindəki məbləği sifarişçi təşkilatın hesabına köçürməlidir.
"Bakı Fındıq Emalı" müəssisəsi (“BakFem” MMC) 1996-cı ildən fəaliyyət göstərir və Azərbaycanda fındıq emalı ilə məşğul olan ən iri müəssisələrdən biridir.
Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən müəssisənin tərkibində 4 mərtəbəli ofis binası, fındıq çeşidləmə, fındıq pasta istehsalı, fındıq qovurması, qablaşdırma, anbar sahəsi və digər inzibati sahələr vardır.
“Bakfem”in mövsüm ərzində tam fındıq emalı üçün nəzərdə tutulmuş 1000 ton istehsal gücünə malik, Türkiyə və Belçikada istehsal olunmuş istehsal xəttləri və avadanlıqları mövcuddur. Müasir avadanlıqlarla təchiz olunan sınaq laboratoriyası vasitəsi ilə xammal və hazır məhsulun keyfiyyətinə nəzarət həyata keçirilir.
Müəssisənin Xaçmaz, Qusar, Oğuz, Qax, Zaqatala və Balakəndə 1681 hektar torpaq sahəsi, bölgələrdə 7 fındıq emalı sexi var.
"BakFem"in direktoru işləmiş Azad Cavadov məhkəmədə bildirmişdi ki, müəssisə Beynəlxalq Bankdan ümumilikdə 60 milyon manat kredit götürüb: "Kredit istehsalın genişlənməsinə sərf olunub, Beynəlxalq Bank da bu işə nəzarət edib.Burada heç bir mənimsəmə yoxdur. Müqaviləyə əsasən, borc ödənilməzsə, bütün hallarda müəssisə bankın girovluğunda idi. Zavod sonra "Aqrar Kredit" QSC-nin nəzarətinə keçib".
Bundan əvvəl, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) problemli aktivlərinin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) Banka borc müqabilində girov qoyulmuş müəssisələrdən birini - "Fireland Vineyards" əmlak kompleksini satmışdı.
“Aqrarkredit” digər girov obyektlərin satışını da davam etdirir. Bunlar Binəqədi şosesindəki “BOT” ayaqqabı fabriki, Zaqatala rayonundakı “Stimul” ticarət və xidmət müəssisəsi, Mingəçevir şəhərində “Mingəçevir İzolit”in əmlak kompleksi, Şəki rayonunda “Kainat” əmlak kompleksi və“Şəki Kərpic” əmlak kompleksi, eləcə də Tbilisinin (Gürcüstan) Samqori rayonunda “Qafqaz-Beton 2007” əmlak kompleksidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
23 d. əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
53 d. əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
-
1 saat əvvəl
İnvestorlara 15% gəlirlilik təklif olunur – Yerləşdirmə oktyabrın 2-də
-
1 saat əvvəl
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
-
2 saat əvvəl
Müctəba Xamenei: Tezliklə Ərəb dənizi də "düşmən qüvvələri"ndən təmizlənəcək
-
2 saat əvvəl
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
-
2 saat əvvəl
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq ©
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
Ən çox oxunanlar
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
2026-cı ilin sonuna 10 restoran, hədəfdə isə 40 obyekt


























