Qızıl bahalaşmaqda davam edir
Qızılın qiyməti bu gün ABŞ-da açıqlanacaq pərakəndə satışlar və həftəlik işsizlik müavinətləri məlumatları öncəsi yüksəlir.
Əvvəlki iki seansda 1 faiz bahalaşan qızıl, bu gün də bahalaşmaqda davam edir.
Marja.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:30-a olan məlumata görə, qlobal birjalarda 1 unsiya qızıl 0,35% artımla 2682 dollara ticarət olunub.
Bloomberg Economics-in proqnozuna görə, ABŞ-da işsizlik müraciətləri oktyabrın 12-də bitən həftə ərzində yüksək olaraq qalıb, istehlak xərcləri isə sentyabr ayında çox güman ki, yavaş şəkildə artıb Belə bir vəziyyət ABŞ Mərkəzi Bankının (FED) faizlərini daha da aşağı salacağı ehtimalını gücləndirir. Aşağı faiz dərəcələri, faiz gəlirliliyi olmayan qızılın bahalaşmasına səbəb olur.
Qiymətli metal bu il indiyədək təxminən 30 faiz bahalaşıb və onu 2024-cü ildə ən güclü performans göstərən əmtəsi edir. FED-in keçən ay yumşaq pul siyasətinə başlaması, faizlərin daha da azaldılması optimizmi qızılı daha da bahalaşdırır.
Güclü mərkəzi bank alışları və artan geosiyasi gərginlik də qızılın bahalaşmasına səbəb olur.
Qızılın qiymətində yeni rekord proqnozu - 10 FAİZ DƏ BAHALAŞACAĞI GÖZLƏNİLİR
Külçə sənayesi nümayəndələri arasında aparılan sorğuya görə, qızılın qiymətinin gələn il rekord səviyyələrə qalxacağı gözlənilir.
Mayamidə keçirilən London Külçə Bazarı Assosiasiyasının tədbirində iştirak edən nümayəndələr qızılın qiymətinin gələn ilin oktyabr ayının sonuna kimi hazırkı səviyyələrdən təxminən 10% yuxarı, bir unsiya üçün 2917,40 dollara yüksələcəyini gözləyirlər.
Qızıl 2024-cü ilin ən güclü aktivlərindən biridir.
Qızılın qiyməti sonuncu dəfə keçən ay 2685 dolları keçərək rekord yeniləyib.
İnvestorların diqqəti ABŞ-da bir neçə həftədən sonra keçiriləcək prezident seçkilərinə də yönəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















