ABB daşınmaz əmlak bazarı ilə bağlı daha bir araşdırma yaydı!
ABB “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı yeni-araşdırma hesabatını təqdim edib. Araşdırmaya əsasən, son dövrlər paytaxtın daşınmaz əmlak bazarında əhəmiyyətli dəyişikliklər baş verir.
Müxtəlif amillərin təsiri ilə mənzil qiymətlərində davamlı artım müşahidə edilməkdədir. İlkin və təkrar mənzil bazarlarının ənənəvi artım dinamikasında da müəyyən dəyişikliklər var.
Mənzil qiymətlərinin bahalaşması yaşayış sahələrinin ölçülərinə tələbi dəyişir. Son dövrlər bazarda müşahidə edilən müəyyən durğunluq bəzi ərazilərdə torpaq sahələrinin qiymətini azaldıb. İcarə bazarında isə yaşayış sahələrinin qiymətləri davamlı artmaqdadır. ABB-nin yaydığı araşdırmada başqa mühüm meylləri də izləmək mümkündür.
Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. Belə ki, Bank bu il “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili”, “Azərbaycan üzrə pərakəndə ticarət sektorunun təhlili: trendlər və nəticələr”, “Rəqəmlərlə turizm: Azərbaycan turizm sektorunun statistik mənzərəsi”, “Avtomobil bazarına baxış: qlobal trendlər və Azərbaycan” adlı hesabatlarını bölüşüb.
Hesabatlarla buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















