Böyük Britaniya Lordları Tahir Gözelin təşəbbüsü ilə Fəxri xiyabanı ziyarət ediblər
Qarabağ Futbol Klubunun Prezidenti, yenilikçi iş adamı Tahir Gözelin təşəbbüsü ilə Böyük Britaniya Lordlar palatasından Azərbaycana səfər baş tutub.
Ötən həftə Böyük Britaniya Lordlar Palatasından iki lord - uzun müddət Mühafizəkarlar Partiyasının sədri vəzifəsini icra etmiş Lord Darren Mott və 7 il İşçi Partiyasının Baş Katibi vəzifəsini icra etmiş Lord Iain McNicol ADA Universitetində təşkil edilmiş “Azərbaycanın COP29-da strateji əhəmiyyəti” adlı konfransda çıxış etmək üçün Tahir Gözelin qonağı olaraq Bakıya səfər ediblər.
Azərbaycana səfərləri müddətində Ümumilli Lider Heydər Əliyev və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.
Tahir Gözel ziyarət zamanı qonaqlara Ümumilli Lider haqqında detallı məlumat vermiş, onun Azərbaycana töhfələrindən bəhs etmişdir.
Lord Iain McNicol və Lord Mott Haqqında
Lord Iain McNicol, Lordlar Palatasının üzvü, həmkarlar ittifaqı üzvü və 2011-ci ildən 2018-ci ilə qədər İşçi Partiyasının Baş Katibi vəzifəsində çalışmış siyasətçidir. Bundan əvvəl o, GMB İttifaqının Milli Siyasi Məmuru vəzifəsində çalışıb. Iain İnvestisiya və Qənaət Alyansının (TISA) baş məsləhətçisi, Rewired.Earth-da Məsləhət Şurasının sədri, Böyük Britaniyanın Hidrogen Siyasəti Komissiyasında komissarı və Astra Protokolunda Strateji Məsləhətçidir.
Lord Darren Mott Mühafizəkarlar Partiyasının onilliklər ərzində ən uğurlu seçki kampaniyası zamanı Kampaniya Direktoru olub və 2019-cu ilin tarixi nəticəsini təqdim edib. Bu uğurdan sonra o, Partiyanın baş direktoru vəzifəsinə yüksəlib. O, səkkiz Ümumi Seçki kampaniyası üzərində işləyərək altı baş nazirə xidmət edib. Karyerasına partiyada təcrübəçi kimi başlayan Lord Mott, uzun müddət İcraçı Direktor vəzifəsində fəaliyyət göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
7 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb


























