Bu gün Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Mərkəzi Bankın əsas uçot dərəcəsini 1 fai bəndi artıraraq 20%-ə qaldıracağı gözlənilir.Bu gün Rusiya Mərkəzi Bankı əsas faiz dərəcəsi ilə bağlı qərar verəcək, həmçinin ortamüddətli proqnozunu yeniləyəcək.
Marja.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının faiz dərəcəsini artıracağı gözlənilir. Eyni zamanda artım addımı ilə bağlı fikirlər fərqlidir.
Sorğuda iştirak edən ekspertlərin əksəriyyəti uçot dərəcəsinin 1 bənd artırılaraq 19%-dən 20%-ə qaldıracağını proqnozlaşdırır. Mərkəzi Bankın uçot dərəcəsini 21%-ə, hətta 22%-ə qaldıracağını gözləyənlər də var.
Qərar Bakı vaxtı ilə saat 14:30-da açıqlanacaq. Saat 16:00-da Mərkəzi Bankın sədri Elvira Nabiullinanın mətbuat konfransı başlayacaq.
Rusiya Mərkəzi Bankının inflyasiya üzrə proqnozunu yuxarıya doğru yenidən nəzərdən keçiriəcəyi gözlənilir.
Güman edirik ki, Mərkəzi Bank tədricən uçot dərəcəsini artıracaq, iqtisadiyyatı izləyəcək və pul siyasətinin sərtləşdirilməsinin effekti görünməyə başlayanda monitorinq aparacaq.
Mərkəzi Bankın iclasında əsas faiz dərəcəsini artırmağa hazır olduğuna dair siqnal verəcəyi də gözlənilir.
Rusiya Mərkəzi Bankı növbəti iclaslarında (dekabr, fevral) əsas faiz dərəcəsini 22%-ə çatdıracağ proqnozlaşdırılır. Risk ssenarisində güman olunur ki, Mərkəzi Bank 2025-ci ildə əsas faiz dərəcəsini azaltmaya bilər, lakin lazım gələrsə, 22%-dən yuxarı qaldıra bilər.
İnvestorlar əsas faiz dərəcəsində daha aqressiv artımı, pul siyasətinin sərtləşdirmə tsiklində zirvəyə çatılması kimi qiymətləndirə bilərlər. Bu halda bazar, gözləntilərinə, faiz siyasətinin yumşaldılmasına daha erkən başlamağı daxil edə bilər.
"SberCIB"in analitikləri hesab edirlər ki, oktyabrın 25-də Rusiya Bankı əsas uçot dərəcəsini 21%-ə qaldıracaq. Onların fikrincə “tənzimləyici gələn il deinflyasiya impulsunu gücləndirmək üçün daha qətiyyətli hərəkət edəcək.
"Qazprombank" Rusiya Mərkəzi Bankının faiz dərəcəsini 20%-ə çatdıracağını gözləyir. Bank bu artımdan sonra 2025-ci ilin ortalarına qədər fasilə gözləyir ki, bu zamanda, dərəcələri azaltmağa başlamaq üçün əsaslar ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























