“GEOENGİNEERİNG” şirkətinin yeni səhmlərini 1 investor əldə etdi
Mündis-geotexniki tədqiqatlar, mədən-qazma və dənizdə geotexniki tədqiqatlar aparan “GEOENGİNEERİNG” ASC-nin 90 min manatlıq səhmlərinin Bakı Fond Birjasında abunə yazılışı 25 oktyabr 2024-cü il tarixindən başlayaraq 29 oktyabr 2024-cü il tarixinə kimi 3 iş günü ərzində baş tutmuşdur.
Birjanın yaydığı məlumatda bildirilir ki, səhmlər üzrə yerləşdirmə 30 oktyabr 2024-cü il tarixində yekunlaşmışdır. Səhmlərə 1 investor 1 sifariş təqdim edib və emissiya tam məbləğdə yerləşdirilib.
23 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GEOENGİNEERİNG” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdi.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: “GEOENGİNEERİNG” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001025548
Səhmlərin növü və forması: Səhm adi, sənədsiz, adlı
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı
Səhmlərin sayı: 9 (ədəd)
İlkin ticarət qiyməti: 10 000 manat
Buraxılış həcmi: 90 000 manat
Hərrac qiyməti: 10 000 manat
Reallaşdırılmış həcm: 90 000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 90 000 manat
İnvestor sayı: 1
Sifariş sayı: 1
Anderrayter: “Capital Partners İ.Ş” QSC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
4 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
4 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
4 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
6 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
6 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
7 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
7 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
























