Sabah Azərbaycan Mərkəzi Bankının COP29-da mühüm tədbirləri təşkil ediləcək

Azərbaycan Mərkəzi Bankı iqlim maliyyələşməsinin genişləndirilməsi üzrə yüksək səviyyəli müzakirələrə rəhbərlik edəcək
Noyabr ayının 14-də Azərbaycan Respublikasının Mərkəzi Bankı COP29-da Maliyyə, İnvestisiya və Ticarət Günü çərçivəsində “Qlobal maliyyə sistemi: iqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi” mövzusunda mühüm tədbir təşkil edəcək.
Bu tədbir Çoxtərəfli İnkişaf Bankları (MDB-lər), investorlar da daxil olmaqla dövlət və özəl sektorların liderlərini bir araya gətirərək iqlim maliyyələşməsi fəaliyyətinin sürətləndirilməsini və yaşıl keçiddə Paris Sazişinin məqsədlərinə çatmaq üçün zəruri olan miqyasda resursların səfərbər edilməsini hədəfləyir.
Tədbir qlobal maliyyə institutlarının rəhbər şəxslərinin öz mövqelərini bölüşdüyü iki əsas panel sessiyasından ibarət olacaq:
“İqlim maliyyəsi: iqlim ambisiyasının maddi fəaliyyətə çevrilməsi” - bu sessiyada inkişaf etməkdə olan ölkələrdə iqlim maliyyəsinin genişləndirilməsi strategiyaları diqqətə çatdırılacaqdır. Həmçinin MDB-lər, tənzimləyici çərçivələrdəki dəyişikliklər və maliyyə innovasiyaları arasında uyğunluğun iqlim öhdəliklərinin effektiv fəaliyyətə çevrilməsindəki rolu araşdırılacaqdır.
“Qlobal maliyyə üzrə qarşılıqlı fəaliyyət vasitəsilə iqlim maliyyəsinin genişləndirilməsi” – bu panel sessiyası zamanı MDB-lər və daha geniş maliyyə sistemi arasında təkmil koordinasiyaya xüsusi diqqət yetirilməklə tənzimləyici çərçivələrin və təcrübələrin daha yaxşı uyğunlaşdırılması araşdırılacaq. Həmçinin iqlim maliyyəsində qlobal qarşılıqlı fəaliyyətin əldə olunma üsulları müzakirə olunacaqdır.
Tədbirdə Azərbaycan banklarının maliyyə sisteminin yaşıllaşdırılması və ölkəmizdə yaşıl keçidin sürətləndirilməsi istiqamətində maliyyə öhdəlikləri də elan olunacaqdır.
Bu tədbirdə yalnız Mavi Zonada akkreditasiyadan keçmiş şəxslər iştirak edə bilər.
Tarix: 14 noyabr 2024-cü il
Vaxt: 10:00-11:30 (GMT+4)
Məkan: Bakı Olimpiya Stadionu, Mavi Zona, Prezidentlik pavilyonu, SE5/Nəsimi
Bu tədbir haqqında ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiz: https://www.cbar.az/page-865/cop2
Noyabr ayının 14-də Azərbaycan Respublikasının Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) “Dünya üzrə dayanıqlı maliyyənin inkişafı: Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyi üzrə Yol Xəritəsi” adlı tədbir təşkil edəcək. Maliyyə, İnvestisiya və Ticarət Günündə keçiriləcək bu tədbir dünya miqyasında dayanıqlı maliyyə çərçivələrinin əlaqəliliyini artırmaqla yaşıl keçidin irəliləyişinə dair müzakirələr üçün effektiv platformaya çevriləcək.
Azərbaycan Mərkəzi Bankı COP29-a ev sahibliyi edən ölkənin mərkəzi bankı olaraq BMK tərəfindən dəstəklənən Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsi, Dayanıqlı Maliyyə Beynəlxalq Platforması, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə tərəfdaşlıqda “Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyinin artırılması üzrə Yol Xəritəsi”nin təşəbbüskarı kimi çıxış edib. Əlavə olaraq böyük məmnunluqla taksonomiyanın qarşılıqlı effektivliyinin artırılması üzrə həyata keçirilən layihədə fəal iştirak edən Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının Maliyyə Təşəbbüsünün də dəstəyini xüsusi vurğulayırıq.
Yol Xəritəsinin məqsədi dayanıqlı maliyyə çərçivələri ilə bağlı müxtəlif səyləri əlaqələndirmək, daha aydın, praktiki və mütəşəkkil fəaliyyətlər vasitəsilə onları operativləşdirməkdir.
Tədbir "Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyinin artırılması üzrə Yol Xəritəsi”ni elan etmək üçün yüksək səviyyəli platformaya çevriləcəkdir. Müxtəlif yurisdiksiyalarda dayanıqlı maliyyə taksonomiyalarının sürətli inkişafı nəticəsində yaranan çağırışları və imkanları müzakirə etmək məqsədi daşıyan tədbir dayanıqlı maliyyəyə koordinasiya edilmiş qlobal yanaşmanı dəstəkləmək üçün maraqlı tərəflərin öhdəliklərini təsvir edəcək.
Bu tədbirdə yalnız Mavi Zonada akkreditasiyadan keçmiş şəxslər iştirak edə bilər.
Tarix: 14 noyabr 2024-cü il
Vaxt: 14:00-15:00
Məkan: Bakı Olimpiya Stadionu, Mavi Zona, Azərbaycan pavilyonu, A otağı
Bu tədbir haqqında ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun: https://www.cbar.az/page-865/cop29
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 26 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
31 d. əvvəl
Apple-ın səhmlərinin qiyməti iPhone 17-nin güclü satışları ilə rekord qırdı
-
37 d. əvvəl
Azərbaycanda "Kazmortransflot"la "Abu Dhabi Ports" üçün konteyner gəmiləri istehsal ediləcək
-
1 saat əvvəl
Qızılın qiyməti bir qədər ucuzlaşıb - "Bu alış üçün fürsətdir"
- 14 saat əvvəl
-
14 saat əvvəl
Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək
-
15 saat əvvəl
Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Rəsmi məzənnələr açıqlandı

Avtomobil lizinqi şirkəti illik 16.5%-lə borc alır

Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028

“Bizdən Biznesə” ikinci dəfə start götürür!
Ən çox oxunanlar

Vəfat edən müştərinin 97 minlik ipoteka krediti ödənildi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir
