Yaponiya iqtisadiyyatı artsa da, yavaşlama əlamətləri göstərir
Yaponiya iqtisadiyyatı ardıcıl iki rüb artaraq iyul-sentyabr dövründə illik müqayisədə 0,9 faiz böyüyüb. Bu artımın ən mühüm amili daxili tələbin və istehlak xərclərinin artması olub.
Marja.az xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin məlumatlarına görə, Yaponiyanın ÜDM-nin yarısından çoxunu təşkil edən şəxsi istehlak rüblük müqayisədə 0,9 faiz artaraq gözləntiləri xeyli üstələyib. Daxili tələb illik müqayisədə 2,5 faiz artaraq, artıma 0,6 bənd töhfə verib.
Digər tərəfdən, xalis xarici tələb artıma -0,4 bal mənfi töhfə verib. Zəifləyən yenin Yaponiyanın ixracını dəstəkləyəcəyi gözlənilsə də, bu təsirin məhdud olduğu müşahidə edilib. İlin əvvəlində 160 yen səviyyəsində ticarət edilən dollar/yen məzənnəsinin xarici bazarlarda yapon məhsullarını ucuzlaşdıraraq ixracı dəstəkləmə potensialı olsa da, son rübdə bu təsir məhdud olub.
Son iki rübdə iqtisadi artıma baxmayaraq, Yaponiya iqtisadiyyatının keçmişdə zəif böyümə və kiçilmə dövrləri arasında dalğalanması diqqət çəkir. Yanvar-mart dövründə 0,6 faiz azalmış iqtisadiyyat, bir il əvvəlki artımdan sonra hələ də kövrəklik əlamətləri göstərir.
Capital Economics-dən iqtisadçı Marcel Thieliant üçüncü rübdə Yaponiya iqtisadiyyatının sürətinin azaldığına diqqət çəkib və yavaşlamanın gələcək rüblərdə də davam edəcəyini proqnozlaşdırır. Thieliant, istehlak xərclərinin artmasına baxmayaraq, artım tempinin gözləntilərdən aşağı qalmağa davam edəcəyini bildirib. O əlavə edib ki, Yaponiya Mərkəzi Bankı bu vəziyyətdən cəsarət edib gələn ay yenidən faiz artıra bilər. Capital Economics, Yaponiya iqtisadiyyatının 2025-ci ildə potensialına yaxın 0,8 faiz artacağını təxmin edir.
"State Street Global Advisors APAC"ın iqtisadçısı Krishna Bhimavarapu, Yaponiyanın son ÜDM məlumatlarının yavaşlayan iqtisadiyyata işarə etdiyini, lakin şəxsi istehlakın davamlı olaraq artdığını bildirib. Bu vəziyyətin iqtisadiyyatı stimullaşdırmaq üçün böyük təşviq paketlərinə ehtiyacı azalda biləcəyini vurğulayan Bhimavarapu, əlavə büdcə planlaşdırmasının davam edəcəyini proqnozlaşdırır. Bhimavarapu qeyd edib ki, Baş nazir Şigeru İşibanın yeni administrasiyası yüksək maaş artımının vacibliyinə diqqət yetirməlidir.
İstehlak xərclərinin dəstəyi ilə Yaponiya iqtisadiyyatında artım tendensiyası davam etsə də, xarici tələbin ləng artması və dalğalanması iqtisadiyyatın daha güclü addımlarla dəstəklənməsi zərurətini gündəmə gətirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
7 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























