Azərbaycandakı pivə şirkətinin səhmləri birbaşa Danimarka şirkətinə təhvil verilir
"Carlsberg Group" Rusiyanın "Baltika Breweries"dəki səhmlərinin satışına razılıq verib. Müqavilə çərçivəsində" Baltika Breweries" şirkəti "Carlsberg Azerbaijan" və "Carlsberg Kazakhstan"dakı bütün səhmlərini "Carlsberg Group"a ötürəcək.Danimarkanın "Carlsberg Group" şirkəti Rusiyanın "Baltika" pivə istehsalı şirkətindəki (Baltika Breweries) aktivlərini satmağa razılaşıb.
Marja.az xəbər verir ki, müqavilə çərçivəsində "Baltika Breweries" şirkəti "Carlsberg Azerbaijan" və "Carlsberg Kazakhstan"dakı bütün paylarını "Carlsberg Group"a təhvil verəcək. Eyni zamanda, "Carlsberg Group" artıq "Baltika Breweries" şirkətində səhmlərə sahib olmayacaq.
Reuters-in məlumatına görə, "Carlsberg"in Rusiyadakı aktivləri 34 milyard rubla (320,75 milyon dollar) satılacaq. "Carlsberg"in yaydığı açıqlamada satışın həm Danimarka, həm də Rusiya səlahiyyətliləri tərəfindən təsdiqləndiyini bildirib.
"Reuters" yazır ki, "Carlsberg" Rusiyadakı aktivlərini yerli "VG Invest" şirkətinə satır.
Qeyd edək ki, "Carlsberg" şirkəti 2022-ci ildə Rusiyanı tərk etmək niyyətini elan etmişdi.
"Carlsberg Group" bildirib ki, "Baltika Breweries"in yeni nəzarət səhmdarı, hazırda həmin şirkətdə aparıcı vəzifələrdə olan Baltika-nın iki əməkdaşının bərabər şəkildə sahib olduqları şirkət olacaq. Bu iki şəxs müvafiq olaraq baş menecer və baş menecerin müavini kimi "Baltika Breweries"in rəhbərliyini öz üzərinə götürəcəklər.
Dekabrın 2-dən etibarən Baltika Pivə zavodları artıq Rusiya dövlətinin müvəqqəti idarəçiliyinə verilmir və 2023-cü ildə Rusiya hakimiyyəti tərəfindən Baltika rəhbərliyi olaraq təyin edilmiş hazırkı rəhbərlik öz vəzifələrini tərk edəcək.
Bu satış, 2023-cü ilin iyulunda Rusiya Prezidentinin fərmanı ilə Baltika pivə zavodlarına nəzarətin müvəqqəti olaraq Rusiya dövlətinə verilməsindən sonra yaranan qeyri-müəyyənlik dövrünə son qoyacaq.
"Carlsberg Group" "Baltika Breweries"ə Carlsberg brendlərini istehsal etmək, bazara çıxarmaq və satmaq imkanı verən lisenziya müqavilələrini ləğv edib.
“Carlsberg Azerbaijan” pivə zavodu Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 km məsafədə yerləşir. Şirkət ölkədə ən böyük pivə istehsalçısıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
3 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























