Yenilikçi ideyaya malik hər bir şəxs bu proqramda iştirak edə bilər - QEYDİYYAT DAVAM EDİR

(®) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi ilə təşkil olunan "CulTech İnkubasiya” proqramı, ölkəmizin yaradıcı gənclərinə, innovatorlarına və startap sahiblərinə öz layihələrini inkişaf etdirmək və qlobal bazara çıxarmaq üçün unikal bir platforma təqdim edir.
CulTech nədir və niyə qatılmalısınız?
CulTech, mədəniyyət və texnologiyanın qovşağında yaradıcı və innovativ layihələri dəstəkləmək məqsədilə formalaşdırılmış bir inkubasiya proqramıdır. Burada həm mövcud startap sahibləri, həm də yeni ideya üzərində çalışan şəxslər öz layihələrini beynəlxalq səviyyəyə çıxarmaq üçün lazım olan bütün dəstəyi əldə edirlər.
Proqramdan əldə edəcəyiniz üstünlüklər:
1. Qlobal şəbəkəyə qoşulma:
Beynəlxalq tədbirlərdə iştirak edərək layihənizi dünyaya tanıtmaq, qlobal təcrübə əldə etmək və beynəlxalq investorlarla tanış olmaq imkanı sizi gözləyir. Həmçinin, dünyanın fərqli ölkələrindən gələn mütəxəssislərlə əməkdaşlıq edə bilərsiniz.
2. Peşəkar mentorlarla əməkdaşlıq:
Layihənizin hər mərhələsində dəstək üçün öz sahəsinin ən yaxşılarından olan mentorlarla birgə işləyəcəksiniz. Bu mentorlar sizə layihənizin inkişafı üçün dəyərli məsləhətlər verəcək və sizinlə biliklərini paylaşacaqlar. Həftəlik təlimlər sayəsində yeni bacarıqlar öyrənəcək və layihənizi daha effektiv şəkildə idarə edə biləcəksiniz.
3.Təchiz olunmuş ofis və texniki dəstək:
Yaradıcı Mərkəzdə təchiz olunmuş müasir ofis şəraiti və texniki avadanlıqlarla təmin olunacaqsınız.
4. Maliyyə cəlb etmək fürsəti:
Proqramın sonunda layihənizi investorlar qarşısında təqdim edərək maliyyə dəstəyi qazanmaq şansı əldə edəcəksiniz. Bu, layihənizin böyüməsi üçün bir başlanğıc nöqtəsidir.
5. Komanda şəbəkəsi və əməkdaşlıq:
Proqramda iştirak edərək sizin kimi yaradıcı ideyalar üzərində çalışan digər komanda və fərdlərlə əlaqə quracaqsınız. Bu şəbəkə gələcək layihələrinizdə sizə böyük üstünlük verəcək.
6. Xaricə səfər:
Hər bir startap öncədən seçilmiş Avropa və ya Asiya ölkələrindən birinə səfər edərək ordakı ekosistemlə yaxından tanış olmaq və isvestiya ehtimallarını dəyərləndirmək şansı əldə edəcək.
Proqramın əhəmiyyəti:
“CulTech İnkubasiya” proqramı yalnız layihələrin inkişafına deyil, həm də Azərbaycanın mədəniyyət sektorunun yenilikçi təşəbbüslərlə zənginləşməsinə töhfə verir.
Proqram, ölkəmizdə yaradıcı sənayelərin inkişafını dəstəkləyərək, regionun ən nüfuzlu innovasiya platformalarından birinə çevrilməyi hədəfləyir. Bu proqram həm də Azərbaycan gənclərinə qlobal səviyyədə təmsil olunmaq imkanı yaradır.
Kimlər müraciət edə bilər?
Yenilikçi ideyaya malik hər bir şəxs, komanda, startap sahibi və ya layihə rəhbəri bu proqramda iştirak edə bilər. Yaradıcılıq, yenilikçi baxış bucağı və layihəni həyata keçirmək həvəsi kifayətdir.
Qeydiyyat linki:https://forms.gle/S49dRpMSXoZ48aSq6
Son qeydiyyat tarixi: 20 Dekabr 2024
Əlaqə:
Telefon: +994 51 240 41 55
E-poçt: [email protected]
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
21 d. əvvəl
Türkiyədə zeytun yağı qiymətlərində 10 faizə qədər əlavə artım gözlənilir
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Fresco SS” şirkəti 3 şirkətin ona qoşulması yolu ilə yenidən təşkil edilib
-
2 saat əvvəl
Azərbaycandan Rusiyaya pomidor ixracı son iki ayda minimum səviyyəyə düşüb
-
2 saat əvvəl
Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb
-
2 saat əvvəl
AZAL təyyarəsinin sərnişinləri Pulkovoda məcburi enişdən sonra Bakıya yollanıblar
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb

BOKT illik 14 faizlə 1 milyon manat borc alır

Oktyabrın 21-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar

Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi

Naxçıvanda 107 istehsal müəssisəsi yaradılıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycanda 5 bankın aktivləri 2 milyard manatdan çoxdur
