“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Ötən həftənin son ticarət günündə dərc olunan statistik rəqəmlərə görə, ABŞ-da Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İşyerlərinin sayı (NFP) noyabrda 227 min nəfər artaraq bazar proqnozlarını üstələyib. İqtisadçılar isə, artımın 202 min olacağını ehtimal edirdilər. Məlumatlara görə, noyabr ayında işsizlik səviyyəsi 4.2% olaraq açıqlandı. Bu göstərici üçün isə proqnoz 4.1% idi. İnflyasiya görünüşü baxımından izlənilən saatlıq qazanc tərəfində orta səviyyədə də olsa, ehtimalları üstələyən bir mənzərə ortaya çıxdı. Orta saatlıq qazanc noyabr ayında bir əvvəlki ayla müqayisədə 0.4% artdı. Proqnoz isə artımın 0.3% olacağı yönündə idi. Orta saatlıq qazancların illik artımı 3.9% ehtimal olunsa da, 4% təşkil edib.
Əmək bazarına dair açıqlanan rəqəmlərə əsasən, ümumi mənzərə kifayət qədər yaxşı görünsə də, dollar major valyutalar qarşısında mövqelərini qoruya bilmədi.
Bu həftə isə iqtisadi təqvimdə yer alan ən önəmli xəbərlər, Avropa, İsveçrə və Avstraliya Mərkəzi banklarının faiz qərarlarıdır. Həftə ərzində, həmçinin, Amerikada, Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi və İstehsal Qiymətləri İndeksi göstəriciləri, eləcə də, İngiltərədə dərc olunacaq ÜDM hesabatı birjalara yön verə bilər.
EUR
Ötən həftə Avropa Statistika İdarəsinin (Eurostat) açıqladığı üçüncü rübün ÜDM hesabatına əsasən, Avrozonada mövsümi təsirlərdən təmizlənmiş ÜDM 2024-cü ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 0.4% artıb.
İqtisadi artıma baxmayaraq, cari həftənin cümə axşamı günü Avropa Mərkəzi Bankının uçot dərəcələrini 0.50% endirəcəyinə dair ehtimallar birjaları dilemma qarşısında qoyub.
Ötən həftəyə 1.0560 səviyyəsində start verən EUR/USD məzənnəsi həftə ərzində 1.0460 səviyyəsinə kimi ucuzlaşsa da, buradan dəstək görərək bahalaşdı və həftəlik şamını elə 1.0560 həddində tamamladı.
Günün ilk ticarət saatlarında 1.0530 hədlərində qərarlaşan EURUSD məzənnəsində tendensiyanın necə davam edəcəyini aydınlaşdırmaq üçün investorlar, bu həftə Avropa Mərkəzi Bankının faiz qərarı və Almaniyada açıqlanacaq CPİ rəqəmlərini diqqətdə saxlayacaqlar.
GBP
Keçən həftəyə 1.2720 səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində 1.2610 həddinə qədər ucuzlaşsa da, buradan dəstək taparaq bahalaşdı və həftəni 1.2740 səviyyəsində tamamladı.
GBP/USD məzənnəsində “ayılar” qiyməti 1.26$ həddinin altına qaytara bilsələr, eniş tendensiyası davam edə bilər.
XAU/USD
Noyabrın 26-dan bəri üfüqi dalğalanma sərgiləyən qızıl qiymətlərində tendensiyanın necə davam edəcəyini aydınlaşdırmaq üçün investorlar, bu həftə Amerikada dərc olunacaq inflyasiya göstəriciləri, eləcə də, AMB-nin və İsveçrə Mərkəzi Bankının fazi qərarını yaxından izləyəcəklər.
ABŞ dollarının bahalaşması sürətini itirdikcə qiymətli metala olan təzyiqlər də azalıb. Lakin, güclü dollar bir çox alıcı üçün qiymətli metala investisiya qoyuluşlarının maya dəyərini bahalaşdırır.
Ötən həftəyə 2656$ həddində start verən və həftəlik şamını 2633$ həddində tamamlayan qiymətli metal hazırda 2639$-dan ticarət olunur. Qızılda mümkün eniş ssenarisində qarşıda duran əsas dəstək həddləri kimi, 2600$ və 2536$ hədləri çıxış edir.
OİLUK
Ötən həftə Səudiyyə Ərəbistanının başçılıq etdiyi “OPEC”-in enerji və neft nazirlərinin və Rusiyanın başçılıq etdiyi “OPEC+” ölkələrinin enerji və neft nazirlərinin bazar konyukturasını qiymətləndirmək üçün onlayn şəkildə bir araya gəldiyi 38-ci “OPEC” və “OPEC+” Nazirlər Toplantısı baş tutdu.
“OPEC”-in verdiyi açıqlamaya görə, 2025 və 2026-cı illər üçün üzv ölkələrin ümumi hasilat həcmi gündəlik 39 milyon 725 min barel olacaq.
“OPEC”-dən verilən başqa bir açıqlamaya görə, bəzi ölkələrin gündəlik könüllü olaraq tətbiq etdiyi 1.65 milyon barellik hasilat azaltmasının 2026-cı ilin dekabr ayının sonuna qədər uzadılmasına qərar verilib.
Lakin, qərara baxmayaraq neft qiymətlərində müşahidə olunan eniş tendensiyası səngimir. Keçən həftəyə 72.40$ həddində başlayan OİLUK həftə ərzində 74.70$-a kimi bahalaşsa da, “ayılar”ın təzyiqi ilə yenidən ucuzlaşdı və həftəlik şamını 71.40$ həddində tamamladı.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
FAB Şirkətlər Qrupu Orta Asiya bazarına böyük həcmli ixraca hazırlaşır
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
2 saat əvvəl
"FED-in müstəqilliyini itirməsi halında qızılın qiyməti 5000 dollara çata bilər"
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mal-qaranın və keçi-qoyunların sayı ən aşağı həddə düşüb, ölkəyə ət idxalı 17,5 % artıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qeyri-neft-qaz sektorun vergi daxilolmaları 690,4 milyon manat çox olub
-
3 saat əvvəl
"Rebuild Karabakh 2025"də sahibkarlar üçün ödənişsiz stend təklif olunur
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid


“Zamex”dən vətəndaş şikayətləri artıb

Azərbaycanda külək turbinləri istehsal oluna bilər - Türkiyə şirkətlərilə görüş keçirilib, Azərbaycana dəvət olunublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

“Azərşin” ləğv oluna bilər

"Maybo" şirkətinin xalis mənfəəti kəskin artıb

Yanğın hadisələri üzrə fermerlərə 29 min manat ödəniş edilib

AZCON-da yeni təyinat olub

Özəl bank dövlət bankının səhmdarları sırasına daxil olub

"Prime Cotton" 30 illik yubileyində pambıqçılar üçün ənənəvi “Açıq Tarla Günü”nü keçirdi

Batareya Saxlanc Sistemləri qurulur - Azərbaycanda deyil, bütövlükdə MDB-də ilk olacaq
