Qubada yerləşən əmlak kompleksi 4,7 milyon manata satışa çıxarıldı
“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının balansındakı aktiv üzrə borcun tələb hüququnun 28 dekabr 2024-cü il saat 16.00- da müsabiqə yolu ilə satışının keçirilməsi barədə bildiriş dərc edib.
Satılacaq əmlak barədə məlumatda bildirilir ki, satışa çıxarılmış aktiv- Quba rayonunun Vəlvələ kəndində yerləşən əmlak kompleksi üzrə “Riyad-Farm” MMC-nin borcunun tələb hüququdur.
İlkin satış qiyməti 4 milyon 750 min manatdır.
Ərizə və sənədlərin qəbulunun başlanması və bitməsi tarixi- 23 dekabr 2024-cü il - 25 dekabr 2024-cü il.
Müsabiqə qalibinin müəyyən edilməsi tarixi və saatı- 27 dekabr 2024-cü il saat 16.00-da.
Müsabiqənin keçirildiyi ünvan- AZ-1022 ,Bakı şəhəri ,S.Vurğun küçəsi 135.
Aktivn növü və parametrləri ilə bağlı sənədlərlə tanış olmaq qaydasına və müddətinə – 23 dekabr 2024-cü il tarixdən 25 dekabr 2024-cü il tarixədək, həftənin hər günü, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 125 nömrəli ünvanda baxılmalıdır.
Əlaqələndirici şəxs- Şahin Seyidov. Tel-050-235-99-90.
İddiaçılar qarşısında irəli sürülən şərtlər.
1. İddiaçı tərəfindən əmlakın dəyərinin 5% faizi həcmində beh məbləğinin ödənişi.
2. Müsabiqənin qalibinin əmlakın dəyərinin 30 (otuz) bank günü ərzində tam ödənilməsini təmin etmək barədə yazılı zəmanəti.
3. Müsabiqənin qalibi hər hansı səbəbdən əmlakı almaqdan imtina etdiyi halda onun tərəfindən ödənilmiş beh məbləği geri qaytarılmır.
4. Müsabiqə günü iddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsi müsabiqədə iştirak etməlidir.
5. İddiaçılar tərəfindən bağlı zərfdə təqdim edilmiş təkliflər bərabər olduqda həmin iddiaçılar yeni məbləği və əmlakın dəyərinin tam ödənilməsi müddəti göstərilməklə yenidən təklif təqdim etməlidirlər. Yenidən təklif verməkdən imtina edən iddiaçı müsabiqədə iştirak etmir. 6. İddiaçılar tərəfindən təqdim edilmiş zərflər iddiaçılar və ya onların etibarnamə üzrə nümayəndəsinin iştirakı ilə açılacaqdır.
7. Müsabiqə zamanı təqdim edilən təkliflərdə göstərilən məbləğ, onun ödənilmə şərtləri və müddəti qiymətləndirilir və müsabiqənin keçirildiyi gün qalib elan olunur.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:
-iddiaçının ərizəsi (iddiaçı özü və iddia etdiyi aktivin məlumatlarını tam əks etdirməklə):
-iddiaçının şəxsiyyətini təsdiq edən sənəd:
-təklif (bağlı və möhürlənmiş zərfdə ,qiymət rəqəmlə və sözlə göstərilməklə, onun ödənilmə şərtləri və müddəti):
-iddiaçı tərəfindən ödənilmiş beh məbləğini təsdiq edən qəbz:
-iddiaçının müsabiqədə nümayəndəsi olduğu halda etibarnaməsinin və şəxsiyyəti təsdiq edən sənədin surəti.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
1 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
-
2 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
-
3 saat əvvəl
İnvestorlara 15% gəlirlilik təklif olunur – Yerləşdirmə oktyabrın 2-də
-
3 saat əvvəl
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
-
3 saat əvvəl
Müctəba Xamenei: Tezliklə Ərəb dənizi də "düşmən qüvvələri"ndən təmizlənəcək
-
3 saat əvvəl
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
Ən çox oxunanlar
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®


























