Hökmran mövqedən sui-istifadə edən şirkətlərə hərəkətlərini sübut etmək imkanı yaradılacaq - HALLAR
Ən azı 3-ünü sübut et, qaldırılmış iş bağlansın.Nazirlər Kabineti “Hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nı təsdiq edib.
"Marja" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qaydalar Rəqabət Məcəlləsinə əsasən hazırlanıb, hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsinin əsaslarını müəyyən edir. Qaydalarda istifadə olunan anlayışlar Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.
Hökmran mövqedən sui-istifadə edən təsərrüfat subyektləri barələrində Rəqabət Komissiyasının iş qaldırılması ilə bağlı qərarının onlara təqdim edilməsindən etibarən 30 gün ərzində öz hərəkətlərinin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı Komissiyaya vəsatət verə bilərlər.
Həmçinin, hökmran mövqedən sui-istifadənin qiymətləndirilməsi nəticəsinə uyğun olaraq rəqabət komissiyası obyektiv zərurilik və səmərəliliklə bağlı hökmran mövqedə olan təsərrüfat subyektlərinin əsaslandırmasını qənaətbəxş hesab etmək və ya etməmək barədə qərar qəbul edir.
Bundan başqa, Rəqabət Komissiyası hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyini və ya səmərəliliyini qiymətləndirərkən aşağıdakı hallardan ən azı üçünün təsərrüfat subyektləri tərəfindən sübut edilməsi nəticəsində təsərrüfat subyektinin obyektiv zərurət və ya səmərəliliklə bağlı əsaslandırması qənaətbəxş hesab edilir:
- hökmran mövqedən sui-istifadə nəticəsində miqyas iqtisadiyyatının əldə edilməsi və 1 (bir) il ərzində müvafiq bazarda məhsul istehsalının ən azı 40% artması və ya ixracının ən azı 20 % artması;
- hökmran mövqedən sui-istifadə nəticəsində müvafiq bazara aid olmayan innovativ məhsulun istehsalının mümkün olması;
- hökmran mövqedən sui-istifadə nəticəsində müvafiq bazarda ən azı 1 (bir) il ərzində birbaşa investisiyaların (dövlət büdcəsindən ayrılan vəsait istisna olmaqla) bir əvvəlki illə müqayisədə 20 % səviyyədə artması;
- texniki imkanların məhdud olması səbəbi ilə hökmran mövqedə olan təsərrüfat subyektinin rəqabətli şəraitdə fəaliyyət göstərməsinin, məhsul istehsalı və ya satışını həyata keçirməsinin qeyri-mümkün olması;
- məhsulun istehsalı ilə əlaqədar olaraq xüsusi keyfiyyət və (və ya) əqli mülkiyyət hüquqları meyarlarının müəyyən edilməsi nəticəsində hökmran mövqedən suiistifadə etmədən məhsul istehsalı və satışının həyata keçirilməsinin qeyri-effektiv nəticələrə səbəb olması;
- mühüm əhəmiyyətli resursun ümumi istifadəyə açılmasının dövlət təhlükəsizliyi, istehlakçı sağlamlığı və ictimai asayişin pozulmasına yol açmasına dair mənbəyi bəlli məlumatın mövcud olması;
- daxili tələb həcmi yüksək olan və ölkə daxilində istehsal edilməyən məhsulun idxalı zamanı ölkə hüdudlarından kənarda fəaliyyət göstərən təsərrüfat subyekti ilə eksklüziv təchizat sisteminin tətbiqi nəticəsində sui-istifadə hallarının yaranması.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 21 saat sonra
-
- 17 d. əvvəl
-
30 d. əvvəl
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
-
37 d. əvvəl
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
1 saat əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
1 saat əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
Expressbank eyni gündə 2 filial açıb
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Ən çox oxunanlar
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində



























