Lüks brend Azərbaycanda da fəaliyyətə başlayıb
Azərbaycan brendin qlobal miqyasda mövcud olduğu yeddinci ölkədir.Lüks brend BORK Azərbaycanda fəaliyyətə başlayıb. 20 ildən artıq tarixi olan beynəlxalq brend rahat həyat üçün eksklüziv əl işləri ilə hazırlanmış ev aksesuarları və premium məişət texnikası təklif edir.
Brend modellər dünyaşöhrətli dizaynerlər tərəfindən hazırlanaraq Koreya, Yaponiya, Çin, Almaniya, İtaliya, Fransa, İsveçrə və digər ölkələrdəki ən qabaqcıl müəssisələrdə istehsal olunur. Hər bir məhsul estetika və innovasiyanın mükəmməl birləşməsini özündə əks etdirərək ev kolleksiyasına unikal rahatlıq gətirir.
BORK-un kolleksiyası dünyanın müxtəlif ölkələrində 80-dən çox ekslüziv butikində nümayiş olunur. Məhsul çeşidi 7 kateqoriyanı əhatə edir: Mətbəx, Ev, Gözəllik və Sağlamlıq, Açıq hava, “BORK Home”, “BORK Voyage” və “BORK Interior”.
BORK bu il Bakıda yeni brend butikini açaraq dəbdəbə və eksklüzivlik dünyası ilə tanış olma imkanı təqdim edir. Azərbaycan brendin qlobal miqyasda mövcud olduğu yeddinci ölkədir.
Butik Bakının mərkəzi prospektlərindən biri olan Rəşid Behbudov küçəsində yerləşir. Butikin dizaynı Amerikan qoz ağacı, təbii dəri və latun kimi xüsusi seçilmiş materiallar və zərif rəng palitrası ilə birləşdirilərək BORK-un vizual kodlarını əks etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
27 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























