Bakı–Balakən–Bakı reysi bərpa edildi - QİYMƏTLƏR
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 3 yanvar 2025-ci il tarixindən Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişindaşımanı bərpa edib.
ADY-nin yaydığı məluçmatda bildirilir ki, Bakı–Balakən–Bakı reysi üzrə ilk qatarın doluluq səviyyəsi 90 faizdən çox olub. Bu, həmin istiqamətdə sərnişindaşımaya yüksək tələbatın olduğunu göstərir.
Hərəkət cədvəlinə əsasən, yataq tipli qatarlar hər gün Bakıdan saat 23:50-də yola düşəcək və Balakənə səhər saat 08:10-çatacaq. Balakəndan saat 22:10-da yola düşən qatar isə səhər saat 06:50-də Bakı Dəmiryol Vağzalında olacaq.
Sərnişinlərə standart, standart+ və biznes sinifləri üzrə səyahət imkanları təklif olunur. Bakıdan Yevlax stansiyasına minimum qiymətlər standart sinif üzrə 13,1 AZN, standart+ sinif üzrə 17,6 AZN, biznes sinif üzrə 54,6 AZN, Bakıdan Şəki və Qax stansiyalarına, Göynük dayanacağına minimum qiymətlər standart sinif üzrə 14,8 AZN, standart+ sinif üzrə 23,9 AZN, biznes sinif üzrə 63,3 AZN, Bakıdan Zaqatala stansiyası və Qorağan, Göyəm, Əliabad dayanacaqlarına minimum qiymətlər isə standart sinif üzrə 16,4 AZN, standart+ sinif üzrə 23,9 AZN, biznes sinif üzrə 67,7 AZN-dir. Bakı–Balakən–Bakı istiqaməti üzrə qiymətlər standart sinif üzrə 18 AZN, standart+ üzrə 27 AZN, biznes sinif üzrə 72 AZN-dən başlayır.
Qeyd edilib ki, bu marşrut üzrə qatarların yenidən fəaliyyətə başlaması ilə şimal-qərb regionu üzrə yarım milyona yaxın vətəndaşa ADY-nin qatarlarından istifadə etməklə rahat və təhlükəsiz səfər etmək imkanı yaradılır. Sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Yevlax, Şəki, Qax, Zaqatala, Balakən stansiyaları və Göyəm, Göynük, Qorağan, Əliabad dayanacaqlarından istifadə edə bilərlər.
Uzun məsafələrdə, xüsusilə gecə səyahətlərində sərnişinlərin rahat yatıb istirahət edə bilməsi üçün yenilənmiş beş yataq tipli vaqondan ibarət qatarlar istismara verilib. Bu qatarlarda hərəkətin stabil və daha az titrəyişli olması üçün sürət xüsusi olaraq tənzimlənir. Qatarın ümumi sərnişin tutumu bir istiqamətə 189 nəfərdir.
Rahat səyahəti təmin etmək məqsədilə yataq tipli vaqonların təchizatı yenilənib, standart sinif üzrə vaqonda yerlər üzrə işıq keçirməyən yeni pərdələr quraşdırılıb. Vaqonlarda yataqların keyfiyyəti sərnişinlərin səfər zamanı rahatlığının təmin edilməsi baxımından xüsusi əhəmiyyətə malik olduğundan yeni yataq dəsti (döşək, balış, yorğan, yorğan üzü, döşək üzü, balış üzü, dəsmal) materialları yumşaq və asan təmizlənə bilən materiallardan seçilib.
Sərnişinlərə səfər dəstləri (biznes sinif üzrə qazsız su, diş fırçası və məcunu, nəm və quru salfet, yuxu maskası, daraq, dabankeş, tərlik, bəylər üçün ülgüc dəsti / xanımlar üçün kosmetik əşyalar; standart+ sinif üzrə qazsız su, diş fırçası və məcunu, nəm və quru salfet, yuxu maskası; standart sinif üzrə qazsız su, nəm və quru salfet, qulaq tıxacı) təqdim edilir. Bundan başqa, biznes sinif üzrə xüsusi menyu (pendir çeşidi, kolbasa, çörək çeşidi, cem, pomidor, xiyar, zeytun çeşidi, kükü; limitsiz çay / qəhvə; keks) hazırlanıb, əlavə olaraq media xidməti (4 dildə bədii film, cizgi filmi, musiqi, veriliş seçimi) göstərilir. Həmçinin yolboyu səyyar satış xidməti həyata keçirilir.
Oturaq tipli qatarlardan fərqli olaraq yataq tipli qatarlarda sərnişinlərə yük aparmaq üçün daha çox imkan yaradılır. Belə ki, marşrut üzrə standart və standart+ sinifləri üçün ödənişsiz yük həcmi 36 kq, biznes sinif üçün isə 50 kq müəyyən olunub.
Sərnişinlər həmçinin səfər zamanı qatarda pulsuz “Wi-Fi” xidmətindən yararlana bilərlər. Bu, sərnişinlərə internet əlaqəsi, yazışmalar, onlayn axtarış və digər kommunikasiya xidmətlərini təqdim edir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
-
- 2 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
21 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Ən çox oxunanlar
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb







.jpg)




.jpg)



.jpg)







