"2025-ci il dollar və ABŞ səhmlərinin ili olacaq"
Bloomberg sorğusuna görə, Donald Trampın siyasətindən ən çox faydalananlar ABŞ səhmləri və dollar olacaq."Bloomberg Markets Live Pulse"un son sorğusuna görə, Donald Trampın siyasətləri ilə sürətlənməsi gözlənilən Amerika iqtisadi inkişafının ən böyük faydası ABŞ səhmləri və dollara olacaq.
Marja xəbər verir ki, sorğuda 553 iştirakçının 61 faizi S&P 500-ün güclü ABŞ iqtisadiyyatı və gəlir artımı səbəbiylə ili yüksəlişlə başa vuracağını bildirib. FED-in 18 dekabr tarixli faiz qərarından sonra keçirilən sorğuda bir neçə nəfər mümkün "katalizator" kimi gələn Tramp administrasiyasına işarə edib.
Trampın siyasətinin dolları bahalaşdıracağını, aşağı salacağını və ya heç bir böyük təsir göstərməyəcəyini soruşduqda, təxminən yarısı yeni prezidentin tarif siyasətinin təsirini əsas gətirərək bunun valyutaya xalis müsbət təsir göstərəcəyini deyib. Respondentlərin 27 faizi eyni siyasəti dolların zəifləməsini gözləmək üçün səbəb kimi görür.
Trampın siyasəti iki ağızlı qılıncdır
Trampın planlaşdırdığı siyasətlərin ABŞ iqtisadiyyatı və bazarları üçün ikitərəfli "qılınc" ola biləcəyini vurğulanır. İnvestorlar onun vergilərin aşağı salınması və tələblərin (tənzimləmələrin) yumşaldılması ilə bağlı mövqeyini iqtisadi artıma təkan kimi görür, digərləri isə bu yanaşmanın inflyasiyanı artıracağını və faiz dərəcələrini yüksək saxlayacağını düşünür. Bu birləşmənin istehlakçı tələbinə mənfi təsir edəcəyi proqnozlaşdırılır.
S&P 500 üçün dekabrın sonundakı azalmaya baxmayaraq, 2024-cü il indeks üçün rekord ili olub. İndeks "Nvidia" və "Apple" kimi şirkətlərin səhmlərinin bahalaşması ilə dəstəklənib.
Bir sıra analitiklər qeyd edir ki, ABŞ-da iqtisadi artım olduqca yaxşı gedir, amma bunun bir hissəsi davamlı olması mümkün olmayan sürətlə yüksələn birjadan gələn sərvətdir. ABŞ iqtisadiyyatı artımda olduğu müddətdə dollar yüksək səviyyələrdə qala bilər. Həmçinin ABŞ iqtisadiyyatı güclü şəkildə böyüdükcə və dünyanın qalan hissəsindən sərmayə ABŞ bazarlarına axdıqca dollar yüksək səviyyələrdə qala bilər
İstehlakın zəifləməsi riski
Amerikalı istehlakçıların dayanıqlılığı mühüm amil olacaq, lakin bu sahədə zəifliklər yaranır. Yüksək gəlirli ailələr xərcləmədə irəliləyərkən, onların aşağı gəlirli həmkarları artan maliyyə sıxıntısı əlamətlərini göstərir. Trampın vəd etdiyi tariflər şirkətləri daha yüksək xərcləri istehlakçılara ötürməyə təşviq edərsə, sonuncu qrup daha çox zərbə alacaq.
ABŞ istehlakçılarının ən aşağı 40 faizi hələ də ciddi təzyiq altındadır. Tariflərdən və ya sadəcə olaraq davam edən yüksək əmtəə qiymətlərindən asılı olmayaraq, inflyasiyada istənilən artım 2025-ci ilin ikinci yarısında tələbi kəskin şəkildə zəiflədə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
52 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























