"Future Lab" insanların həyatını asanlaşdıran innovativ həllər təklif edəcək - FOTO
"Hal-hazırda "Future LAB" fəaliyyətini əsasən iki məhsulun hazırlanması istiqamətində davam etdirir. Bu məhsullardan biri mikro və kiçik müəssisələrdə əməliyyatları sadələşdirən, əməkdaşlığı təşviq edən və dayanıqlı inkişafı dəstəkləyən xüsusi həllər təqdim edir. Digər məhsul isə daşınmaz əmlakı qoruma prosesini sadələşdirmək məqsədi daşıyır. Bu məhsul fərdlərə öz evlərini və yatırımlarını effektiv qorumaq üçün praktik alətlər və dəqiq təlimatlar təqdim edəcək"."Future Lab" Azərbaycanda insanyönümlü innovativ həllərin hazırlanmasında lider olmağa iddialıdır. "PASHA Holding" tərəfindən təsis edilən bu “innovasiya laboratoriyası” Qrupun texnologiya, sahibkarlıq, sığorta, bankçılıq və digər sahələrdə insanların ehtiyaclarını qarşılamaqla bağlı öhdəliklərini yerinə yetirmək üçün yaradıcı və qabaqcıl həllər təklif etməyi hədəfləyir.
“İnnovasiyalar yalnız texnoloji yenilik xatirinə deyil, onlar insanların həyat keyfiyyətini artırmaq üçündür. Məqsədimiz insanların ehtiyaclarını prioritetləşdirərək, onların həyatına davamlı müsbət təsir göstərməkdir”, – "Future LAB"ın baş icraçı direktoru Fərrux Əliyev bu fikirdədir.
"Future LAB təşəbbüsləri bütün "PASHA Qrup" şirkətlərində istifadəçi dostu xidmətlərin əlçatan olmasına yönəlib. Bu təşəbbüs gündəlik ehtiyaclara uyğun rəqəmsal həllər vasitəsilə daha çox müştəriyə xidmət göstərmək məqsədi daşıyır. “Missiyamız müştəriyönümlü xidmətlər üçün regionda etalon yaratmaq və aparılan hər bir əməliyyatı məqsədyönlü etməkdir”, - Fərrux Əliyev bildirib.
Hal-hazırda "Future LAB" fəaliyyətini əsasən iki məhsulun hazırlanması istiqamətində davam etdirir. Bu məhsullardan biri mikro və kiçik müəssisələrdə əməliyyatları sadələşdirən, əməkdaşlığı təşviq edən və dayanıqlı inkişafı dəstəkləyən xüsusi həllər təqdim edir. Digər məhsul isə daşınmaz əmlakı qoruma prosesini sadələşdirmək məqsədi daşıyır. Bu məhsul fərdlərə öz evlərini və yatırımlarını effektiv qorumaq üçün praktik alətlər və dəqiq təlimatlar təqdim edəcək.
Cari ildə Future LAB-ın diqqət mərkəzində duran daha bir mühüm məsələ bacarıqlı mütəxəssislərin cəlb edilməsi və inkişafıdır.
"Əməkdaşlıq və yaradıcılıq üçün mühit yaradaraq, biz təkcə xidmətləri formalaşdırmırıq, həm də gələcək nəsil innovatorların yetişməsi üçün onları həvəsləndirir və alətlərlə təchiz edirik", - Fərrux Əliyev bu fikirdədir.
Future LAB-da əmindirlər ki, 2025-ci il innovasiya və insan mərkəzli inkişafda Azərbaycan üçün əhəmiyyətli il olacaq.
https://www.linkedin.com/company/future-lab-pasha-innovation
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
40 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























