ABŞ Qrenlandiyanın alınmasının dəyərini təxmin edir
Nyu-York Federal Ehtiyat Bankının keçmiş iqtisadçısı Devid Barker "The New York Times" qəzetinə müsahibəsində Qrenlandiyanın alınmasının dəyərini açıqlayıb. Onun fikrincə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın istəyilə adanın alınması 77 milyard dollara başa gələcək.
Mütəxəssis hesablamaları üçün ABŞ-ın 1917-ci ildə Danimarkadan Virgin adalarını alması xərclərini əsas götürüb. Bu, Vaşinqtona 25 milyon dollara başa gəlib (bugünkü məzənnə ilə - təxminən 657 milyon dollar)
İqtisadçının fikrincə, hazırda qiymətə həm ABŞ-ın, həm də Danimarkanın ÜDM-nin həcmi, həm də 1917-ci illə müqayisədə onun dəyişməsi daxil olacaq.
"Daha böyük iqtisadiyyat daha çox ödəməyə qadirdir və daha kiçik olan daha yüksək qiymət tələb edəcək", - Barker deyib.
Danimarkanın ÜDM-i 500 dəfə artıb, ona görə də Qrenlandiyanın ilkin dəyərini 12,5 milyard dollar dəyərində qiymətləndirmək olar. ABŞ-ın 1867-ci ildə Rusiyadan 7,2 milyon dollara aldığı Alyaskanın dəyəri ilə bağlı düzəliş də nəzərə alınacaq. İndi bu ərazinin qiyməti ABŞ ÜDM-nin artımını nəzərə alsaq, 77 milyard dollara çata bilər.
Daha əvvəl Reuters xəbər vermişdi ki, ABŞ Konqresindəki respublikaçılar Tramp vəzifəyə gəldikdən dərhal sonra Qrenlandiyanın alınması ilə bağlı danışıqlara başlamağa imkan verən qanun layihəsi hazırlayıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























