Tesla ilk dəfə Audi-ni geridə qoyub
Tesla şirkəti gözləniləndən daha az avtomobil satmasına baxmayaraq, keçən il Almaniyanın ən qiymətli premium avtomobil markalarından birini - Audi-ni geridə qoyub. Alman avtomobil istehsalçısının satışları Almaniya, Çin və Şimali Amerika da daxil olmaqla bir neçə əsas bazarda azalıb.Tesla keçən il 1,79 milyon ədəd avtomobil sataraq 1,67 milyon ədəd avtomobil satan Audi-ni geridə qoyub.
Marja xəbər verir ki, VW-nin dəbdəbəli markası Audi də Avropa və Çində zəif tələbatla mübarizə aparır. Audi-nin satışı 2024-cü ildə 2023-cü ilə nisbətən 12% azalaraq 1,67 milyon avtomobil təşkil edib.
Elektrikli Audilərin satışları 8 faiz azalaraq 164 min avtomobilə düşüb. Almaniyada Audi elektrikli avtomobil satışları 33% azalıb. Böyük Britaniyada isə Audi-nin satışı 11 faiz azalıb. Audi bunu çətin iqtisadi şərait, gərgin bazar mühiti və ehtiyat hissələrinin məhdud mövcudluğu ilə əlaqələndirib.
Tesla da problemlərlə üzləşib, ilk dəfə şirkətin tədarükləri illik müqayisədə azalıb. Tesla-nın satışı cəmi 1,1 faiz azalaraq 1,79 milyon ədədə düşüb və bu, onu Alman avtomobil istehsalçısını qabaqlamağa imkan verib.
Tesla 2024-cü ildə elektrik nəqliyyat vasitələrinin istehsalında əsas rəqibini - Çin şirkəti BYD-ni cüzi fərqlə geridə qoyub.
Bloomberg qeyd edir ki, Alman avtomobil sənayesi hökumət subsidiyalarının kəsilməsi, Çin və Avropa premium avtomobillərinə zəif tələbat fonunda ciddi problemlərlə üzləşir.
Yeni satış rəqəmləri göstərir ki, Tesla 2024-cü ildə Audi-nin bütün avtomobillərindən daha çox elektrikli avtomobil satıb.
Tesla-nın nailiyyəti bir neçə səbəbə görə diqqətəlayiqdir. Bunlardan biri odur ki, o, yalnız elektrik avtomobilləri satır, lakin Audi-nin elektrik, hibrid və daxili yanma mühərrikli modelləri mövcuddur. Həmçinin Tesla cəmi dörd model xəttinə sahibdir (Cybertruck-u daxil etsəniz 5, lakin bu, hazırda yalnız ABŞ və Kanadada mövcuddur). Audi, əksinə, onlarla modelə malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























