“Azercell” tətbiqinə yeni "Qonaq Girişi" funksiyası əlavə olundu
(®) “Azercell” istifadəçilərə daha rahat xidmət təcrübəsi təqdim etmək məqsədilə öz mobil tətbiqinə "Qonaq girişi" funksiyasını əlavə edib. Bu yenilik bütün istifadəçilərə Azercell-in müxtəlif xidmət və məhsullarını daha əlçatan edir.
Yeni funksiya istifadəçilərə tətbiqdə qeydiyyatdan keçmədən eSIM (rəqəmsal simkart) sifariş və aktiv etmək, eləcə də nömrə daşınması xidmətindən onlayn yararlanmaq imkanı verir. Eyni zamanda, müştərilər artıq qeydiyyatsız şəkildə Azercell-in geniş məhsul çeşidi və tarifləri ilə ətraflı tanış ola, şirkətin satış və xidmət mərkəzlərinin xəritə üzərindəki dəqiq ünvanlarını öyrənə bilərlər.
Qeyd edək ki, "Azercell" tətbiqi nömrənin asan idarə edilməsi üçün nəzərdə tutulmuş çoxfunksional özünəxidmət platformasıdır. Tətbiq balans, abunələr, nömrənin xətti, ödəmələr, cari kampaniyalar və digər məlumatlara ani giriş imkanı verir. Həmçinin tətbiq üzərindən digər Azercell tətbiqlərini də idarə etmək mümkündür.
“Azercell Telekom” MMC haqqında ətraflı məlumat üçün Azercell səhifəsinə keçid etməyinizi xahiş edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
40 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















