Türkiyə hakimiyyəti yanan otellə bağlı 19 nəfəri həbs edib
Türkiyə hakimiyyəti Bolu Kartalakayada yanan otellə bağlı 19 nəfəri həbs edib.
Bu barədə "Anadolu" agentliyi xəbər verir.
“İstintaq çərçivəsində “Grand Kartal Hotel”in sahibi Halit Ergül, şirkətin baş direktoru Emir Aras və otel müdiri Zeki Yılmaz da daxil olmaqla 19 nəfər həbs edilib”, - məlumatda deyilir.
Otel sahibi Halit Ergül, 79 nəfərin həlak olduğu faciəyə görə bütün məsuliyyəti şəxsi heyətin üzərinə qoyub.
“Karar” qəzeti yazır ki, iş adamı ölümlərdə aşpaz, mətbəx işçiləri, elektrik və mühafizəçilərin günahkar olduğunu bildirib.
Yanvarın 21-nə keçən gecə Kartalkaya istirahət mərkəzinin yaxınlığındakı oteldə yanğın baş verib. Yanğın otaqlardan birini bürüyüb, daha sonra oteli əhatə edib və 78 nəfər həlak olub. Yanğın zamanı oteldə 238 qonaq olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
40 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























